Bu tərəvəz kişiləri prostat xərçəngdən qoruyur – Uroloqdan tövsiyə

Bu tərəvəz kişiləri prostat xərçəngdən qoruyur – Uroloqdan tövsiyəƏt və süd məhsullarına üstünlük vermək dünyada prostat xərçənginin yayılmasına səbəb olur.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, bunu uroloq-onkoloq Aleksandr Sısoyev "Gazeta.Ru"ya bildirib.
O, bu xəstəliyin inkişafına təsir edən əsas amillərdən danışıb.
"Kişilər arasında yayılmış bu xərçəngin əsas "günahkarları" yaş və bütün dünyada məşhur olan ət və süd pəhrizidir.
Xarici həmkarlarımızın müşahidələrinə görə, prostat xərçəngindən ən çox ABŞ-də, inkişaf etmiş Avropa ölkələrində, o cümlədən Rusiyada kişilər əziyyət çəkir. Amma Asiya ölkələrində bu xəstəliyə daha az rast gəlinir", - Sısoyev qeyd edib.
Həkim prostat xərçənginin inkişafına risk faktorları arasında yaşın, genetikanın və heyvan yağlarının üstünlük təşkil etdiyi Qərb pəhrizinin spesifik təsiri olduğunu bildirib.
"Statistikaya görə, kişilər yaşlandıqca prostat xərçəngi riski nəzərəçarpacaq dərəcədə artır. Xərçəng 60-70 yaşdan yuxarı kişilərin çoxunda rast gəlinir. Onkoloqlar onun inkişafını prostat toxumasında yaşla əlaqəli baş verən patoloji dəyişikliklərlə əlaqələndirirlər. Ancaq 40 yaşdan kiçik gənc kişilərdə xəstəlik olduqca nadirdir - 10 min nəfərə 1 hal.
Xərçəngin əmələ gəlməsində irsi faktorlar da böyük rol oynayır. Bu xəstəliyə yaxın qohumları (baba, ata, əmi) keçmişdə prostat xərçəngindən əziyyət çəkən kişilərdə demək olar ki, 5 dəfə çox rast gəlinir", - deyə həkim diqqətə çatdırıb.
Onun sözlərinə görə, prostat xərçəngi ilə əlaqəli digər ümumi faktor prostatda xroniki, tez-tez təkrarlanan iltihabdır.
"Prostat xərçənginin inkişafına birbaşa təsir edən sonuncu amil isə yalnız heyvan yağlarına əsaslanan məşhur Qərb pəhriz modelidir. Məsələn, süd məhsullarında, yağda və qırmızı ətdə doymuş omeqa-6 turşularının yüksək olması, tez-tez istehlak edildikdə prostatın vəziyyətinə və funksiyasına mənfi təsir göstərə bilər. Üstəlik, xəstənin bədənində sağlam omeqa-3 yağları ilə zərərli trans yağları arasında balanssızlıq nə qədər çox olarsa, xərçəngə tutulma riski bir o qədər yüksək olar. Eyni zamanda tərəvəz, soya məhsulları və balıq yemək kişi orqanının sağlamlığına faydalı təsir göstərir. Bu, bir çox araşdırmalarla sübut edilib", - mütəxəssis vurğulayıb.
O, bununla bağlı təəccüblü nüanslardan birini xüsusi qeyd edib: "Həftədə ən azı 3-4 dəfə pomidorlu xörək yemək kişilərə prostat vəzisinin sağlamlığını qorumağa və özünü yaxşı hiss etməyə kömək edir".
Bəs bu məhsulun sirri nədir?
Həkim bunu belə izah edib: "Pomidorda bol miqdarda olan likopen antioksidantı bu məsələdə əsas rol oynayır.
Pomidor bişirildikdə bu maddənin konsentrasiyası azalmır, əksinə, artır. Bu o deməkdir ki, bişmiş pomidorun insan sağlamlığı üçün faydası daha çoxdur".
Milli.Az
​

Xəbərlər     Baxılıb: 1594   Tarix: 27 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasın

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

turlar.az

yay geyimləri 2026 qadin dunyasi yaz geyimleri 2026 edebi janrlar qaragatin faydasi qara qaragatin faydalari allergik xəstəliklər kosmetika veten seksler haxışda sağlamlıq turpun nağlı