Bu tərəvəz şəhər sakinlərinə ən faydalı məhsuldur
Bədəni "yeniləmək" və xroniki intoksikasiyadan qaçınmaq üçün pəhrizinizə kələm əlavə etməlisiniz. Üstəlik kələmin istənilən növü faydalıdır.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu sözləri diyetoloq Marqarita Koroleva bildirib. Onun sözlərinə görə, bu tərəvəzin tərkibindəki faydalı mikroelementlər arasında kükürd xüsusi əhəmiyyət kəsb edir, ona görə də toksinlərin təmizlənməsi üçün zəruri olan qlutatyon artır.
"Əgər siz sənaye istehsalının çox olduğu bir şəhərdə yaşayırsınızsa, orqanizmin detoksifikasiyasına diqqət yetirmək vacibdir. Bu işdə bizə glutatyon və müvafiq olaraq kükürdlü məhsullar, o cümlədən kələm kömək edəcək", - həkim "Sputnik" radiosuna müsahibəsində deyib.
Koroleva həmçinin bildirib ki, kələm qaraciyərin fəaliyyətinə faydalı təsir göstərir, həmçinin maddələr mübadiləsini sürətləndirir.
Milli.Az









İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi