Bu uşaqlarla iş zamanı əvvəlcə əl-göz kontaktının yaradılması vacibdir

Bu uşaqlarla iş zamanı əvvəlcə əl-göz kontaktının yaradılması vacibdirAutizm üç yaşından əvvəl başlayan və ömürboyu sürən, ictimai qarşılıqlı təsirə və ünsiyyətə mane olan, məhdud və təkrarlanan davranışlara gətirib çıxaran, beyinin inkişafını ləngidən bir sindromdur. Həmin sindromdan əziyyət çəkən şəxslər öz emosiyalarını göstərə bilmir, fikirlərini ifadə etməkdə, sosiallaşmada bir sıra çətinliklərlə rastlaşırlar. Əksər hallarda onlarda mimika və jestlərin yaşanan hadisələrlə üst-üstə düşməməsi müşahidə edilir, nitq tembri balanslı olmur.
Autizm sindromunun əlamətlərini erkən yaş dövründə müşahidə etmək olar. Məsələn, sindrom özünü göz kontaktının olmaması, uşağın yönəlmiş nitqə reaksiya verməməsi, onlarla təmasda olarkən nümayiş etdirilən emosiyaları cavabsız qoyması, çox az halda onları təkrarlaması kimi əlamətlərlə göstərir. Bunun başlıca səbəbi autizm sindromlu şəxslərdə güzgü neyronlarının bir o qədər inkişaf etməməsidir.
Milli.Az bildirir ki, bu barədə AZƏRTAC-a psixoloq Günel Paşayeva məlumat verib.
Psixoloqun sözlərinə görə, inkişafın başlıca səbəblərindən biri də təlqin prosesidir. Ona görə də autizm sindromlu uşaqla iş zamanı ilk növbədə əl-göz kontaktının yaradılması vacibdir ki, o, ətrafda gördüklərini təlqin edərək inkişaf etsin. Daha sonra komandaların öyrədilməsi təlim-tədris prosesində başlıca yer tutmalıdır ki, onlara verilən tapşırıqları yerinə yetirə bilsinlər.
"Autizmli uşaqlarla işləmək üçün bir çox metod və terapiya növləri var. Bunlara PECS terapiya - şəkillərlə ünsiyyət bacarığının öyrədilməsi, ABA terapiya - tətbiqi davranış analizi, art terapiya (qum terapiyası, rəsm terapiyası və s.), medikamentoz müalicə və s. aiddir.
Həmçinin bir sıra korreksiyaedici tapşırıqlar mövcuddur. Ev şəraitində işləyəcək valideynlərə uşaqla onların hər ikisinin eyni vaxtda iş aparması tövsiyə olunur. Məsələn, valideynlərdən biri iki əşyanı bir-birinə vurmağı nümayiş etdirərək uşaqdan bunu təkrarlamağı istəyə bilər. Lakin uşaq bu tapşırığı yerinə yetirməkdə çətinlik çəkdiyi halda digər valideyn onun əlindən tutaraq eyni ləvazimatları masadan götürməyə yardımçı olmalı və digərinin köməyi ilə bir-birinə vurmağa çalışmalıdır ki, uşaq təlqin etməyi öyrənsin.
Səslərin təlqini də eyni cür aparıla bilər.
Uşaqla iş zamanı incə motorikanın inkişafı məqsədilə mozaikalardan da istifadə etmək olar. Mozaikaların istifadəsi məntiqi təfəkkürün inkişafında məqsədəuyğundur. Uşaqlara böyük və kiçik anlayışlarının öyrədilməsi vacib məqamlardan biridir. Rəngləri öyrənməyin keyfiyyətli üsullarından biri də bütün əşyaları adları və rəngləri ilə qeyd etməkdir. Uşağın məntiqi təfəkkürünün inkişafı istiqamətində pazllardan istifadə etmək olar. Öncə ikili pazllardan istifadə etmək məqsədəuyğundur. Heyvanları, meyvə və tərəvəzləri əks etdirən pazllar daha yaxşıdır. Çünki autizmli uşağa ətrafında gördüyü əşyalarla işləmək bir o qədər çətin olmaz. İlkin mərhələlərdə yumşaq pazllar daha effektlidir.
Burada bir məqamı diqqətdə saxlamaq vacibdir. İkin mərhələlərdə hər bir tapşırıqdan sonra mükafatlandırma olmalıdır. Mükafatlandırma dedikdə uşağın sevdiyi işlə məşğul olmasına icazə verilməsi nəzərdə tutulur. Məsələn o, kitabı vərəqləməyi sevirsə, tapşırığı yerinə yetirdikdən sonra onu bununla mükafatlandırsanız, daha tez nəticə əldə etmiş olarsınız", - deyə G.Paşayeva diqqətə çatdırıb.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1589   Tarix: 03 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

turlar.az

geyim seçimi qaşların formalari gozel gorunmek vaginal təmizlik anaya aid atalar sozu encir murebbesi xercengden qoruyan qidalar kosmetika sevda hesaplama hekaye janri rus dilini öyrənək rus dili