Bu vitaminin çatışmazlığı çəki artımına səbəb olurmuş

Bu vitaminin çatışmazlığı çəki artımına səbəb olurmuşAlimlər müəyyən ediblər ki, artıq çəkili insanlar kifayət qədər C vitamini qəbul etmirlər.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, Yeni Zelandiyanın Otaqo Universitetinin alimləri insanlarda C vitamini çatışmazlığının çəki artımı ilə əhəmiyyətli dərəcədə əlaqəli olduğunu müəyyən ediblər.
Onların fikrincə, artıq çəki varsa, sağlamlığı qorumaq üçün pəhrizdə C vitamininin miqdarı artırılmalıdır.
Tədqiqatın nəticələri "Critical Reviews in Food Science and Nutrition" jurnalında dərc olunub.
Tədqiqat çərçivəsində alimlər dünya əhalisinin sağlamlığına dair məlumatları özündə əks etdirən iki böyük məlumat bazasını təhlil ediblər.
Bunlar ABŞ Milli Sağlamlıq və Qidalanma Müayinəsi Sorğusu (2017-2018 illəri və 2 828 nəfəri əhatə edir) və Avropa Prospektiv Xərçəng Araşdırmasıdır (1993-1997-ci illəri və 20 692 nəfəri əhatə edir).
Tədqiqatçılar iştirakçıların çəkisi haqqında məlumat toplayıb və onların hər birinin qanında C vitamininin konsentrasiyasını qiymətləndiriblər. Nəticələr göstərib ki, artıq çəkidən əziyyət çəkən insanların orqanizmində bu vitamin əskikdir.
Alimlər irəli sürüblər ki, piylənmə oksidləşdirici stressi artıran aşağı dərəcəli iltihabı çoxaldaraq C vitamininin mübadiləsini (və onun orqanizmdən xaric olmasını) sürətləndirə bilər.
Məlumata görə, piylənmə 2-ci tip diabet və alkoqolsuz yağlı qaraciyər xəstəliyinin inkişaf riskini də artırır. Bu xəstəliklərin hər ikisi C vitamini səviyyəsinin azalması ilə xarakterizə olunur.
Yeni Zelandiyada hazırda Ümumdünya Səhiyyə Təşkilatının C vitamini üçün gündəlik tövsiyəsi 45 mq-dır. Bu, dünyada ən aşağı gündəlik dozalardan biridir. Alimlərin fikrincə, bu məbləğ artıq çəkili insanlar üçün kifayət etməyə bilər.
Tədqiqatçılar çəkisi 70 kq olan insanın hər 10 kq artıq çəki üçün əlavə olaraq 17-22 mq C vitamini almasını tövsiyə edirlər.
Milli.Az

Xəbərlər     Baxılıb: 1237   Tarix: 20 iyul 2024
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

turlar.az

makiyaj instagram reseptler maskalar sufle hazirlanmasi şəkillər baliq yagi ilk tibbi yardım kosmetika vicdan kahfe falı maraqlı janrlar novruza aid