Bu xəstəliyi olanlar yazda maska taxmalıdır

Bu xəstəliyi olanlar yazda maska taxmalıdırYazda ən çox rast gəlinən problemlər içərisində allergik xəstəliklər ön sırada dayanır. Statistika göstərir ki, dünyada hər on nəfərdən ikisi allergiyadan əziyyət çəkir. Allergik xəstələrin yaranma səbəbi havada uçuşan polen adlı çiçək tozlarıdır. Mövsümi allergiya nəticəsində bədəndə səpgi, gözlərdə qızarma, sulanma, burun axması, çoxsaylı asqırma, qaşınma, öskürək, boğulma və daha təhlükəli olan boğazda şişkinlik və nəfəs darlığı yaranır.
Bu barədə AZƏRTAC-a danışan Uşaq Bərpa Müalicə Mərkəzinin həkim-allerqoloqu Pərvanə Hüseynova deyib ki, məişət, ağac, bitki tozcuqları, havada uçan kimyəvi tərkibli aerozollar və kimyəvi maddələr, eləcə də qida və dərman mənşəli allergenlər orqanizmə daxil olaraq bədənin istənilən yerində allergik reaksiya yarada bilər: "Xəstədə allergik rinit varsa, burunda qıcıqlanma, asqırma olduqda evdən bayıra çıxarkən maska taxmalıdırlar. Bununla yanaşı günəşli və küləkli havada mümkün qədər hava ilə təmasdan uzaq olmaq lazımdır".
Mütəxəssislər hesab edirlər ki, allergiya irsi xəstəlikdir və daha çox genetik yolla ötürülür. Lakin bu heç də o demək deyil ki, tam olaraq həmin xəstələrin övladları mütləq eyni problemdən əziyyət çəkməlidirlər. Bəzən yaxın qohumlarda mövcud olan xəstəlik növbəti nəsildə kimlərdəsə özünü büruzə verir. Bu zaman xəstəliyin özü yox, xəstəliyə meyillik ötürülür.
"Allergiyanın ən ağır forması Kvinke ödemi, yəni dərialtı nahiyədə histominlərin yığılması sayılır. Bu zaman dodaqlar, göz qapaqları və qulaqlar şişir. Ən pis variant odur ki, bronxların selikli qişasında da şişkinlik əmələ gəlir və vaxtında tibbi yardım göstərilmədikdə xəstənin həyatını itirməsinə səbəb ola bilər",- deyə həkim-allerqoloq bildirib.
Allerqoloq onu da əlavə edib ki, allergiyalı xəstələr sitrus meyvələri, giləmeyvə, süd, şokolad, dəniz məhsulları və çərəzlərlə qidalanmaqdan çəkinməlidirlər. Tərəvəzlərdən isə bu sahədə pomidor daha təhlükəli sayılır, çünki daha çox allergiyaya səbəb ola bilir.
Xəstəlik tam müalicə olunmasa da, onu vaxtında müalicə edib allergen təsir göstərən vasitələrdən uzaqlaşmaq olar. Bunun üçün allergen-test adlanan analiz növündən istifadə etmək kifayətdir. Həmin üsulla allergiya yaradan qida və dərmanları müəyyən etmək olar.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1172   Tarix: 17 may 2020
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

turlar.az

hamilelikde qidalanma yay geyimləri 2026 aksessuarlar pnevmoniya xesteliyi şalvar modelləri çanta ayaqqabı gül buketləri kosmetika qurd xəstəliklərinə qarşı mualicə pomidor naz mila novruz bayramina aid hakisdalar uzeyir hacibeyli