Bundan sonra istədiyiniz qədər sarımsaq yeyə bilərsiniz!
Günə bir sarımsaq yesəniz, onda virus, qrip nədir bilməzsiz. Amma hanı bizdə o şans?))) Heç olmasa ayda 2-3 diş yeyin)
Dünyanın ən faydalı bitkisi olan sarımsaq bütün xəstəliklərin dərmanıdır, ondan hətta xərçəng belə qorxur. Yeganə məhsuldur ki, marinada qoyanda belə öz tərkibini, faydasını saxlayır! Amma biz insanlar dəyərli nemələrə layiqincə qiymət verə, mütəmadi istifadə edə bilmirik. Sarımsaqdan isə heç istifadə edə bilmirik - nə üçün? Çünki xoşagəlməz qoxusu kənardakıları narahat edər deyə... Axı bunun da bir çıxış yolu olmalı!
Xanim.az Sufrem.az-a istinadən sizə sarımsaq qoxusunu asanlıqla dəf edən bir neçə məsləhət verəcək. Bundan sonra çox rahatlıqla və istədiyiniz qədər sarımsaq yeyəcəksiniz.
Ən sadə və bildiyimiz üsul – gigiyenadır. Yəni dişləri dərhal yaxşıca fırçalamaq, diş sapı ilə təmizləmək, təravətləndirici meyelərlə ağız boşluğunu yaxalamaq;
1 fincan qaynar yaşıl çay, süd və ya kofe içmək qoxunu aradan qaldırmağa kömək edəcək.
Dəfnə yarpağı - ən effektiv üsuldur, düzdür, onu ağızda çeynəmək elə də rahat deyil, amma tez bir zamanda qoxudan xilas olmaq istəyirsinizsə, bu üsulu sınayın.
Sarımsaq qoxusunu aradan qaldıran ən maraqlı vasitələrdən biri də hil toxumlarıdır. Əksər evlərdə olan, şor qoğal, şəkərburada istifadə etdiyimiz hili çeynəyin və müsbət təsirini dərhal görəcəksiniz.
1 st. su + 0,5 ç.q. duz + 0,5 ç.q. çay sodası – yaxşıca həll edib, qarqara edirsiniz.
Nanə yarpaqlarını istər yaş, istər quru halda çeynəyə bilərsiniz. Nəfəsiniz çox təravətli olacaq.
Çoxlu meyvə yeyin - ən faydalı üsul! Əsasən də, alma, armud, üzüm, gavalı, şaftalı kimi meyvələr sarımsağın, həmçinin soğanın da qoxusunun qarşısını alacaq.
Sitrus meyvələrin şirəsini (limon – su ilə qataraq, portağal, qreypfrut və s.) içmək də bu mövzüda köməyinizə gələ bilər.










İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Hər iki ailəm xəyanətə görə dağılıb' - Aysun
Duş lifi ilə yuyunanlara xəbərdarlıq: Gigiyena sandığınız şey xəstəlik mənbəyi ola bilər
Fillip Alla Puqaçovanın kukla kolleksiyasını yığır
Eldəniz Məmmədov baba oldu
Nuranın "Avroviziya" arzusu
Siqaretdən 10 qat daha zərərli: Hər evdə var
Gündəlik istifadə etdiyimiz kassa çekləri görün necə TƏHLÜKƏLİ İMİŞ
Məşhur azərbaycanlı aktrisa ana olacaq
Avropa İttifaqı Timatiyə sanksiya tətbiq etdi - SƏBƏB
Böyrək çatışmazlığına səbəb olan 6 QİDA
Kanye Vest Türkiyədə dünya rekordu qıracaq