Bunlar kişiləri tez qocaldır
Adətən cavan qalmaq üçün qırışlara qarşı kremlərdən istifadə etmək, üzə maska çəkmək qadına xas olan işdir. Elə buna görə də qadınlar kişilərdən gec qocalır. Gənc, üzündə bir dənə də qırışı olmayan, baxımlı xanımının yanında yaxşı görünmək əlbəttə, kişilərin də istəyidir.
Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, əgər kişilər özlərinə qulluq etsələr, onlar qadınlardan gec qocalar.
Cavan qalmaq və özünü yaxşı hiss etmək üçün 4 məsləhət:
Məsləhət 1
Şəkərdən az istifadə etməyə çalışın. Şəkər qanda adrenalini artırır və insan daha tez-tez acımağa başlayır. Bu da kökəlməyə gətirib çıxarır. Qocalmaya səbəb olan ən ilkin vasitə isə kökəlmədir. Hər gün az miqdarda olsa da, ət yeyin.
Məsləhət 2
Pəhriz saxlayın. Günorta daha çox tərəvəz yeməyə çalışın. Səhər yuxudan durarkən təmiz havada ən az 1 saat gəzin. Pəhrizi sadəcə, yeməyə nəzarət etməklə saxlamağa çalışmayın. Pəhrizlə yanaşı idman da edin.
Məsləhət 3
Orqanizminizdəki zəhərlərlə mübarizə aparın. Bu, dərinin sağlam görünməsində ilkin vasitədir. Bəzi tərəvəzləri çiy yemək orqanizmdəki zəhərləri təmizləyir: giləmeyvələr, yaşıl bibər, ispanaq.
Məsləhət 4
Ən sonda üzünüzə yaşlanmanın qarşısını alan kremlər vurun. Əgər belə krem almağa utanırsınızsa, həyat yoldaşınızı bəhanə edərək, satıcıdan belə bir krem istəyə bilərsiniz. Və ya həyat yoldaşınızın kremlərindən gizlicə istifadə edin.
Kişini qocaldan 7 vərdiş:
1. Doyunca yatmamaq
2. Qaydaya uyğun olmayan pəhrizlər saxlamaq
3. Xroniki ağrılar
4. Çox kofe içmək
5. Enerjiartıran içkilər içmək
6. Kislarod çatışmazlığı. (Qeyd edək ki, bunun qarşısını çoxlu kokteyl içməklə ala bilərsiniz)
7. Azhərəkətlilik
Milli.Az / news.milli.az









Vətən haqqında bayatılar
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Qaravəllilər
Arzuolunmaz hamiləlik
ARB ilə Nuran arasında nə baş verir? - Açıqlama
Məşhur müğənninin qardaşı saxlanıldı
Hadise və Gülşen onu məhkəməyə verir
Tər çox güclü dərman imiş
Qaşları həm sabitləyir, həm də qulluq edir: Kətan toxumu ilə təbii dəstək
50 minə saat almaqdansa, xanımıma zinət əşyası alaram
Elşad Qarayevin vəsiyyəti nədir?
Məşhur aktrisanın QİÇS-dən öldüyü təsdiqləndi
Dərini zədələmədən qaralmanın sirləri: Günəşlənərkən diqqət olunmalıdır
Xroniki yorğunluq sindromu: Səbəbləri, əlamətləri və müalicə yanaşmaları
Xiyarın möcüzəvi faydaları