Bunları süfrənizdən əskik etməyin! – Alzheimerdən və Parkinsondan qoruyur

Bunları süfrənizdən əskik etməyin! – Alzheimerdən və Parkinsondan qoruyurBeynimiz, xüsusən də yaşın artması və ətraf mühit faktorlarının təsiri ilə sürətlə qocalır. Alzheimer və Parkinson başda olmaqla bir çox nevroloji xəstəliklər gün keçdikcə daha çox yayılmaqdadır.
Qidalanma və pəhriz mütəxəssisi Ezgi Hazal Çelik beyin sağlamlığını gücləndirən 5 təsirli qidanı açıqlayıb.
Milli.Az medicina.az-a istinadən həmin qidaları təqdim edir:
1. YUMURTA
Yumurta B6, B12, folat, xolin tərkibi ilə beyin sağlamlığını və inkişafını dəstəkləyən ən vacib qida mənbəyidir. Xüsusilə xolin yaddaşın güclənməsini dəstəkləyən asetilkolini yaratmaq üçün vacibdir.
"Qaraciyərdə az miqdarda istehsal olunur, buna baxmayaraq, qida ilə birlikdə xaricdən qəbul edilməlidir. 1 yumurtanın tərkibində 147 mq kolin olduğu üçün gündəlik ehtiyacın təxminən 30 faizi bu yolla qarşılana bilər", - deyə mütəxəssis bildirib.
2. YAĞLI BALIQ
Yağlı balıqlar, xüsusilə qızılbalıq Omeqa-3 yağ turşularının zəngin qaynağıdır. Omeqa-3 sinir hüceyrələri üçün vacibdir. Yaşla bağlı idrak funksiyalarının ləngiməsinin qarşısını alır və yaddaşı gücləndirməkdə təsirlidir.
"Beyindəki boz maddə qərar qəbul etmə, yaddaş və emosiyaları idarə edən sinir hüceyrələrini ehtiva edir. Müntəzəm olaraq balıq istehlakı beyində daha çox boz maddənin olmasını təmin edir. Soba və ya qril kimi bişirmə üsullarından istifadə edərək həftənin 2 günü balıq yeyə bilərsiniz", - deyə dietoloq qeyd edib.
3. BALQABAQ TUMU
Onun sözlərinə görə, beyin sağlamlığı üçün hər gün qida rasionuna daxil edilməsi tövsiyə edilən qoz, fındıq və badamla yanaşı, həm də yağlı toxumlardan olan balqabaq tumları istehlak edilməlidir:
"Bu tum sink, maqnezium, mis və dəmir tərkibi ilə beyin sağlamlığı üçün vacibdir. Yaddaş, sinir siqnalları kimi beyin funksiyalarına əhəmiyyətli təsirləri olan balqabaq tumu təzyiq problemi olub-olmamasından asılı olmayaraq duzsuz istehlak edilməlidir. Gündə 1 stəkandan çox yemək məsləhət deyil".
4. QƏHVƏ
Qəhvədə olan kofein və antioksidanlar beyin sağlamlığını dəstəkləməyə kömək edir. Xüsusilə antioksidant təsiri ilə zehni funksiyaların pisləşməsi ilə mübarizə aparır. O, həmçinin konsentrasiyanı artırır. Eyni zamanda dopamin kimi yaxşı hiss etdirən nörotransmitterləri artıraraq beyinə müsbət təsir göstərir. Bununla belə, gündəlik istehlak edilən kofein miqdarına diqqət yetirilməlidir.
Ezgi Hazal Çelik tövsiyə olunan maksimum kofein miqdarının gündə 400 mq olduğunu bildirir:
"Hamilə qadınlarda bu miqdar 200 mq ilə məhdudlaşdırılmalıdır. Sağlam yetkinlər üçün orta hesabla gündə 2 stəkan qəhvə içməyin nevroloji xəstəliklər riskini azaltdığı müşahidə edilib.
Qan təzyiqi problemi olanlar və hamilə qadınlar istehlak miqdarını azaltmalıdırlar.
Axşam saatlarında qəhvə içmək yuxu keyfiyyətinə mənfi təsir göstərəcək, ona görə də səhər və günorta saatlarında istehlakına diqqət yetirilməlidir".
5. SARIKÖK
Sarıkökdə olan kurkumin beyin sağlamlığı üçün güclü antioksidant və iltihab əleyhinə vasitədir. Yaddaşı yaxşılaşdırır. Alzheimer xəstəliyi zamanı üzə çıxan amiloid lövhələrinin azalmasına kömək edir. Yaşla əlaqədar meydana gələn idrak funksiyalarının yavaşlamasını gecikdirməkdə təsirlidir.
"Bir çox araşdırmaya görə, sarıkökün sağlam qidalanma planına daxil edilməsi beyin sağlamlığı üçün təsirlidir. Salata və ya şorbaya əlavə edərək gündə 12 qram, 2 çay qaşığını keçmədən istehlak etmək lazımdır.
Ancaq hamilə, əmizdirən qadınlar; öd kisəsi və xroniki böyrək xəstəliyi olan insanlar sarıkök istehlakını məhdudlaşdırmalıdırlar. Onlar həkimlə məsləhətləşdikdən sonra tövsiyə olunan miqdarda istifadə edə bilərlər", - deyə Ezgi Hazal Çelik qeyd edib.
Milli.Az

Xəbərlər     Baxılıb: 1272   Tarix: 21 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

.

Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir

"Hamiləlik hərəkətsizlik və daimi yataq rejimi demək deyil. Əgər cift gəlişi anomaliyaları, vaxtından əvvəl doğuş təhlükəsi və ya ağır preeklampsiya kimi tibbi əks-göstərişlər yoxdursa, müntəzəm fiziki aktivlik tövsiy

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

turlar.az

geyim seçimi maskalar yemek reseptleri gözəllik və makiyaj 2026 payiz geyimleri könül kerimova elm ve bilik haqqinda atalar sözləri kosmetika hekaye janri nağıllar seksler qaynana hakista hakışta