Burgeri sağlamlıq üçün faydalı etmək olarmış
"Bəzi inqrediyentləri əvəzləməklə burgerləri daha faydalı etmək olar".
Milli.Az xəbər verir ki, bunu diyetoloq, nutrisioloq Sofiya Kovanova deyib.
O izah edib ki, ənənəvi fastfudda karbohidratlar və yağlar termiki emal yolu ilə birləşdiyinə görə faydalı heç nə yoxdur: "Belə qida qanda şəkərin kəskin artmasına, ardınca isə güclü iştahaya səbəb olur".
"Burgeri faydalı etməkdən ötrü bulkanı kahı yarpağı ilə əvəzləmək, pendirdən imtina etmək, habelə ikiqat tərəvəz porsiyası əlavə etmək mümkündür. Sous üçün mayonezsiz xardal və ketçupu qarışdırmaq olar", - deyə diyetoloq vurğulayıb.
Ekspert əlavə edib ki, kafedə hamburgerdən qabaq bir porsiya salat yeməklə fastfudun ziyanını azaltmaq mümkündür./oxu.az
Milli.Az









Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Yuxusuz gecədən sonra bunu edin