Burun damcıları və spreylərin ÖLÜMCÜL TƏHLÜKƏSİ
Zökəmin müalicəsində əsasən damardaraldıcı burun damcıları və spreylərindən istifadə olunur.
Lakin son araşdırmalar onların çox ziyanlı olduğunu göstərir.
ABŞ alimləri sübut edir ki, damardaraldıcı burun damcıları və spreyləri insult və infarkta səbəb ola bilər. Bu xüsusilə ürək xəstəlikləri və yüksək təzyiqdən əziyyət çəkənlərə aid olsa da, sağlam insanlar üçün də bu preparatlar müəyyən təhlükə yaradır.
Alimlər xəbərdarlıq edir ki, bu preparatlar damarları daraldır və bunun nəticəsində infarkt və insultun riski xeyli artır.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, mütəxəssislər zökəm zamanı duzlu su ilə olan damcılardan istifadə etməyi tövsiyə edirlər. Həmçinin isti ayaq vannaları, müalicəvi bitkilərlə (evkalipt, çobanyastığı, kalanxoe) inhalyasiyalar da çox yaxşı effekt verir.
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir