Burun və boğazdakı artıq əti kəsdirməyin ziyanları

Burun və boğazdakı artıq əti kəsdirməyin ziyanları"Uşaqların boğazında olan "qlandalar"ın immun sisteminin qorunmasında xüsusi əhəmiyyəti var".

Bunu Sherg.az-a həkim Vaqif Qarayev deyib.

Onun sözlərinə görə, ağız boşluğuna daxil olan infeksiya ilk növbədə boğazdakı ət badamcıqlarının toxumaları tərəfindən tutulur:

"Bundan sonra infeksiyaya qarşı mübarizə yaranır, orqanizm öz-özünü tənzimləməyə başlayır. Badamcıqları məhz bu səbəbdən kəsdirmək düzgün deyil. Uşaqlar böyüdükcə, boğazdakı badamcıqların həcmi kiçilir. Böyük insanlarda artıq orqanizm o badamcıqlar olmadan özü-özünü tənzimləyə bilir.

Badamcıqların cərrahi üsulla götürülməsinə xüsusi tibbi göstərişlər olmalıdır. Məsələn, ildə üç dəfədən çox angina diaqnozu ilə xəstələnmə baş verirsə, həkim boğazdakı "artıq ət"in kəsilməsini məsləhət görə bilər. Həmçinin, revmatizm kimi hallarda, elektrokardioqramma müayinələrindən sonra cərrahi müdaxiləyə ehtiyac yaranır.

Təkrar anginalarda infeksiya orqanizmdə oturursa, ürəyi, oynaqları, böyrəyi zədələyə bilir. Müalicə həkimi uşağı bu diaqnozla müayinə etdikdə həmin nahiyələrdəki şikayətlərə də diqqət edir. Ürəkdəki problemlər vaxtında müalicə olunmasa, ciddi fəsadlar yaranır. Oynaqlardakı qüsurlar isə əlilliyə qədər gətirib çıxara bilir".

Vaqif Qarayev onu da əlavə edib ki, valideynlər pul və vaxt tapan anda əsassız şəkildə boğazdakı badamcıqları cərrahi əməliyyat etdirməməlidir:

""Badamcıqlar burun, udlağın bir növ qapısıdır. Tonzillektomiya – badamcıqların götürülməsi əməliyyatı ilə bir əsas olmadan boğazdakı həmin ətləri götürsək, orqanizmdə faringit adlı ciddi xəstəlik yaranır. Bu isə çox çətin müalicə olunan problemdir".

Xəbərlər     Baxılıb: 2149   Tarix: 09 may 2018
f Paylaş

Oxşar xəbərlər

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

turlar.az

toy gecesi yay geyimləri 2026 geyim seçimi stil və moda abşeron tortu qadın parfumeriya bulkalar kosmetika toy gecesı baldiz xocali burcler haqqinda vətən haqqında atalar sözləri