"Camaat bir-birindən uşağa qalacaq" - Nadir Qafarzadə
Xüsusi karantin rejiminin yumşaldılmasından sonra paytaxtdakı bəzi marşrut xətlərində səhər və axşam saatlarında həm yollarda tıxac, həm də avtobusların daxilində hədsiz sıxlıq olması sərnişinlərdə narazılıq yaradır.
Vətəndaşlar bunun eyni zamanda "COVİD-19" infeksiyasının sürətlə yayılmasına şərait yaratdığını qeyd edirlər.
Open.az xəbər verir ki, bu narazılığa tanınmış müğənni Nadir Qafarzadə də qoşulub. Sosial şəbəkə hesabında 2 saylı marşrut üzrə hərəkət edən "Bakubus" avtobusundan görüntülər paylaşan müğənni buna sərt reaksiya verib: "Toylar olmaz, məscidlər, universitetlər, idman zalları olmaz. Avtobuslarda isə belə biabırçılıq olar? O qədər sıxlıqdır ki, camaat bir-birindən uşağa qalacaq!"
Yenisabah.az
f Paylaş








8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Qara zirə (Çörək otunun) faydaları
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Yuxuda sevişmək nəyə yozulur?
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin
Kərimin səhhətində problem yarandı