Camış ətinin FAYDALARI: Hamilə qadınlar onu yesə...

Camış ətinin FAYDALARI: Hamilə qadınlar onu yesə...Əhalinin ət və süd məhsullarına olan tələbatının ödənilməsində camışçılıq mühüm yer tutur. Ölkəmizdə camışçılıqla qədim dövrdən bəri məşğul olurlar. Qeyd edək ki, camış əti insanlar tərəfindən mal ətindən sonra ikinci ən çox istehlak olunan qırmızı ət növü hesab olunur.
AQTA-dan Milli.Az-a verilən məlumata görə, hətta ABŞ Kənd Təsərrüfatı Nazirliyi tərəfindən balanslı və qidalandırıcı, az yağlı diyetik ət növü olduğundan camış ətinin mütəmadi istehlakı tövsiyə edilir.
Ümumiyyətlə, camış əti mal ətinin malik olduğu bütün qida parametrlərini özündə cəmləşdirir.
Bu ət növü qiymətli zülallar və asan mənimsənilən dəmir komponentləri ilə (transferrin və ferritin) zəngin olduğundan dad-tamına görə mal ətindən bir qədər fərqlənir. Toyuq əti ilə müqayisədə isə camış əti daha zəngin zülal tərkibinə malikdir. Odur ki, el arasında camış ətinə "kasıb insanların zülalı" deyilir.
Camışlar daha çox qaba yemlərlə qidalandığından ətinin tərkibində yağların miqdarı mal ətinə nisbətən az olur.
Biokimyəvi tərkibinə görə camış əti sadə və mürəkkəb zülallar, vitaminlər (A, E, C, B1, B6, B12, PP və b.),  makro- və mikroelementlər (Ca, P, Fe, Na, K, Zn, Mg, Cr, Mn, Cu, S və b.), ekstraktiv maddələr və fermentlərlə zəngindir. Ətin tərkibində zülallar 21 %, yağlar 1.6 %, minerallar 1.5 % və karbohidratlar (qlikogen şəklində) 1 %-ə qədər təşkil edir. Camış ətinin tərkibində mövcud olan sadə zülallar (miozin, miogen və s.) ferment rolunu oynamaqla heyvan kəsildikdən sonra ətin yetişməsi prosesini sürətləndirir. Camış ətinin tünd qəhvəyi-qırmızı rəngi onun tərkibindəki mioqlobin zülalı, eləcə də  əzələ toxumasında olan dəmir tərkibli birləşmələrlə izah edilir. Qeyd edək ki, dəmir tərkibli birləşmələr anemiyalarda böyük müalicəvi əhəmiyyət kəsb edir. Az dəyərli zülalların (elastin, kollagen) miqdarı camış ətinin tərkibində yüksək miqdarda deyildir.
Camış ətindəki zülallar insan orqanizmi tərəfindən sintez olunmayan əvəzolunmaz aminturşuları ilə (histidin, izoleisin, leisin, lizin, metionin, fenilalanin, trionin, valin və triptofan) zəngindir. Tərkibində qiymətli zülalların çox olması sayəsində camış ətinin kaloriliyi 190 kkal/100q təşkil edir.
Camış ətinin tərkibində rast gəlinən yağlar (lipidlər) doymuş və doymamış ali yağ turşularından təşkil olunur.
Doymuş turşulara miristin, palmitin və stearin turşularını, doymamışlara isə palmitolenin, olein, linol, linolen və araxidon turşularını aid etmək olar. Bu turşu kompleksi Omega-3 və Omega-6 kimi tanınır. Qeyd edək ki, zərərli lipid komponentlərinə aid olan xolesterolun miqdarı camış ətində yüksək deyildir (62 mqr/100qr). Tərkibində doymuş turşuların miqdarı az olduğundan camış ətinin istehlakı nəticəsində insan orqanizmində yağların piy toxuması şəklində toplanması baş vermir. Təbii otlaqlarda otlayan camışların ətinin tərkibində antioksidantların (ß-karotin və selen) miqdarı çox olur. Ümumiyyətlə, selen elementinin digər heyvan növləri ilə müqayisədə camış orqanizmi üçün fizioloji əhəmiyyəti böyükdür.
Zəngin kimyəvi tərkibi və qidalılıq dəyərinə görə camış əti insan orqanizmi üçün olduqca faydalıdır:
- tərkibində dəmir (transferrin və ferritin şəklində) və B12 vitamini çox olduğundan qanazlığını aradan qaldırır;
- hamiləlik dövründə anemiyaların yaranmasının qarşısını almaqla, ana bətnində dölün inkişafına müsbət təsir göstərir;
- az yağlı, lakin Omega-3 turşuları ilə zəngin ət növü kimi ürək-damar sisteminin xəstəliklərindən qorunmaq məqsədilə istehlak edilməsi tövsiyə olunur;
- orqanizmdə zərərli xolesterolun miqdarını azaltmaqla, piylənmənin qarşısını alır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1996   Tarix: 17 aprel 2021
f Paylaş

Oxşar xəbərlər

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

turlar.az

geyim və ayaqqabılar geyim seçimi adlarin menasi seksual fotolar usaq otagi dizaynlari genc aile tanınmış qadınlar kosmetika gülməli hakıştalar novruz hakıştası ekizler dolca atalar sozleri