Bahalısı da, 2 manatlığı da eyni işi görür, aldanmayın - Həkim

Bahalısı da, 2 manatlığı da eyni işi görür, aldanmayın - HəkimBahalı diş fırçaları düşündüyünüz qədər fərq yaratmır.
Milli.Az xəbər verir ki, bunu hollandiyalı stomatoloq parodontoloq Tima Tomassenin deyib. Alim müxtəlif klinik tədqiqatları müqayisə edərək adi və elektrikli fırçaların təsirini və fırçalama müddətinin dişlərə təsirini araşdırıb.
Bu barədə Amsterdam Universiteti portalı məlumat yayıb.
"Diş sağlamlığında əsas rolu bahalı cihazlar yox, gündəlik düzgün vərdişlər oynayır. Hazırda ağız boşluğu problemləri, xüsusilə kariyes və diş əti iltihabı dünyanın təxminən 3.5 milyard insanını təsirləndirir. Müntəzəm fırçalama həkimlərin başlıca tövsiyəsi sayılır. Lakin sual budur ki, dişləri "yaxşı təmizləmək" nə deməkdir.
Tomassen müəyyən edib ki, müasir texnologiyalar haqqında populyar fikirlər çox şişirdilib. Onun sözlərinə görə, real həyatda elektrikli fırçaların növləri arasında demək olar ki, fərq yoxdur. Bu o deməkdir ki, əsas rol cihazın imkanlarında yox, istifadə edən şəxsin fırçalama vərdişlərindədir.
Alim təsdiqləyib ki, elektrikli fırçalar adi fırçalardan daha yaxşı təmizləyir. Amma iki əsas model arasında, yəni dairəvi hərəkət edən fırça ilə səs dalğalı fırça arasında ciddi fərq yoxdur. Tomassen hesab edir ki, şirkətlər bahalı modellər yaratmaq əvəzinə, daha əlçatan fırçalar hazırlamalı və insanların düzgün təmizləmə texnikasını öyrənməsi üçün maarifləndirici proqramlara diqqət yetirməlidirlər.
O, həm də müxtəlif ölkələrin stomatoloji təşkilatlarının tövsiyələrini araşdırıb. Məlum olub ki, qurumların yalnız üçdə biri diş baxımı ilə bağlı sadə və aydın təlimat təqdim edir. Tomassen bildirir ki, praktiki və hər kəs üçün başa düşülən məsləhətlər uğurlu profilaktika üçün vacibdir.
Hazırda bu sahədə milli səviyyədə elmi əsaslı tövsiyə sistemi hazırlanır və Tomassen də bu işə qatılmağı planlaşdırır. Alim ümid edir ki, araşdırması elmi biliklərlə gündəlik stomatoloji təcrübə arasında olan fərqi azaltmağa kömək edəcək.
İsmayıl
Milli.Az

Xəbərlər     Baxılıb: 933   Tarix: 05 dekabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

Hovuz suyunun gözlərə zərəri

Hovuz və açıq su hövzələrindəki su gözlərdə qıcıqlanma, quruluq və hətta konyunktivitə səbəb ola bilər. axşam.az-a istinadən bildirir ki,  oftalmoloqların sözlərinə görə, xüsusilə xlor və sudakı bakteriyalar göz sağlamlığın

.

Dırnaqlarda rəng dəyişimi nəyin əlamətidir? "Zərbə almamısınızsa, diqqətli olun"

Dırnaqlarımızda gözlənilmədən yaranan rəng dəyişiklikləri, kiçik ləkələr və ya qəribə xətlər düşündüyümüzdən daha ciddi sağlamlıq problemlərinin xəbərçisi ola bilər. Bir çoxumuz bunu "yəqin ki, bir yerə çırpmışam"

.

Sadəcə göyərti deyib keçməyin: İçində balıqdan çox omeqa var

Aşağı kalorili olmasına baxmayaraq, yüksək qida dəyəri ilə ön plana çıxan bir tərəvəz son dövrlərdə mütəxəssislər tərəfindən ən çox tövsiyə edilən qidalar arasında yer alır. Tərkibindəki faydalı komponentlərlə yanaşı, sağla

.

Gecə yuxusu üçün ən ideal otaq temperaturu açıqlandı

Yuxunuzun keyfiyyətinə təsir edən ən mühüm amillərdən biri yataq otağınızın temperaturu ola bilər. Mütəxəssislərə görə, nə çox isti, nə də çox soyuq mühit idealdır; bəs dincəldici bir yuxu üçün otaq temperaturu neçə dərəc

.

Professor D vitamini çatışmazlığının risklərini açıqlayıb

D vitamini çatışmazlığı bir çox ciddi sağlamlıq probleminin yaranmasına səbəb ola bilər. xəbər verir ki, Akdeniz Universiteti Tibb Fakültəsinin Dəri və Zöhrəvi Xəstəliklər kafedrasının müəllimi professor Ayşe Akman bildiri

.

Gün boyu zehni aydınlıq üçün ideal səhər yeməyi

Biokimyaçı Cessi İnçauspe gün ərzində zehni aydınlıq və psixi rahatlığı təmin edən ideal səhər yeməyinin sirlərini açıqlayıb. Milli. -a istinadən xəbər verir ki, Cessi İnçauspe bu barədə Kolumbiyanın "El Tiempo"

.

Telefonlarda ekran qoruyucuları gözlərə zərər verə bilər

Nevroloq Rüstəm Qayfutdinov bildirib ki, smartfonlara vurulan bəzi şüşə ekran qoruyucuları görmə sahəsini məhdudlaşdıraraq göz və baş ağrılarına səbəb ola bilər. xəbər verir ki, mütəxəssisin sözlərinə görə, belə qoruyucularl

.

Su içmək üçün ən doğru vaxtlar

Orqanizmin sağlam fəaliyyəti üçün gün ərzində kifayət qədər və düzgün vaxtlarda su içmək böyük əhəmiyyət daşıyır. qafqazinfo-ya istinadən xəbər verir ki, su istehlakı bədən istiliyinin tənzimlənməsinə, həzm sisteminin işləməsin

.

Məzuniyyətdə işdən uzaq qalmaq niyə vacibdir?

Tətil zamanı işlə bağlı bildirişlərdən uzaq qalmaq həm emosional, həm də peşəkar tükənmə riskini azaltmağa kömək edir. xəbər verir ki, bunu rusiyalı psixoloq Pavel Javnerov bildirib. Onun sözlərinə görə, istirahət zaman

turlar.az

sade makiyaj sekilleri geyim necə seçməli gözəllik məhsulları paxlavalar qadınlar islamda hicab yeni geyimler 2026 kosmetika laylalar baldiza aid haxisda hakıştalar novruz hakistasi sirniyatlar