Canan Karataydan koronavirusla bağlı maraqlı məsləhətlər: Vücudumuzu gücləndirmək üçün...

Canan Karataydan koronavirusla bağlı maraqlı məsləhətlər: Vücudumuzu gücləndirmək üçün...Koronavirusun dəqiq bir müalicə üsulu, vaksini tapılmadığı üçün insanlar özlərini qorumaq məqsədilə mütəxəssislərin tövsiyələrini diqqətlə dinləməkdədirlər.
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, bu mənada türkiyəli tanınmış həkim Canan Karatayın kəlləpaça tövsiyəsi böyük uğur qazanıb. Həkim "immunitetinizi gücləndirmək və koronavirusdan qorunmaq üçün kəlləpaça yeyin" tövsiyəsini verdikdən sonra xüsusən İstanbulda bu yeməyə tələbat və sifarişlər artıb.
Bizimyol.info xəbər verir ki, Canan Karatay CNN Türkiyə kanalının efirindən çıxışı zamanı koronavirusla bağlı süni ajiotaj yaradıldığını, əslində bu virusun çoxdan var olduğunu, lakin nədənsə indi qabardıldığını qeyd edib. 
"Yeni bir şey deyil. İndiyə qədər 6 koronavirus ştampı mövcud idi, bu yeddinci şatmpdır. ABŞ-ın Xəstəliklərə Nəzarət və Önləmə Mərkəzinin (SDC) hesabatına görə 2020-ci ilin 20 yanvarına qədər ABŞ da 15 milyon insan qripdən (influenza virusundan) xəstələnib, bunun 140 mini xəstəxanaya yerləşdirilib, 8 min nəfər ölüb. 3 ay içərisində. Bu niyəsə açıqlanmır , amma koronavirus deyib insanları panikaya salırlar. Ölənlərin çoxu yaşlılardır, xəstəliyi olanlar və 80 yaş üstü insanlardır. Dünyanı bu qədər qorxudacaq olay deyil. Biz əsrlərdir viruslarla birlikdə eyni vücudda yaşayırıq. Onların sayı hüceyrələrimizdən daha çoxdur.
Vücudu zəif olanlar ölürlər. Vücudumuzu gücləndirmək üçün kəlləpaça yeyin, soğan, sarımsaq yeyin, gücünü torpaqdan alan bitkilərə üstünlük verin",- deyə həkim bildirib.
Canan Karatay qış aylarında təmiz havanın əhəmiyyəti barədə də danışıb.
"Soyuqdan qorxmayın, izdihamın içində çox olmayın, evləri çox havalandırın, evin içindəki toksinlər, zavod tüstüsü ilə kirlənmiş havadan 10 qat daha zərərlidir".
Həkim həmçinin kristal qaya duzunun əvəzsiz əhəmiyyətindən də danışıb: "Bol su için. Kristal qaya duzundan istifadə edin. Onu suya qatıb için , immunitetinizi gücləndirin. Qaya duzunun içində 84 növ mineral var. Prebiotik və probiotiklərdən istifadə edin. Prebiotiklər səbzələrdədir, qış tərəvəzlərindədir kələm, turp, kərəviz sarımsaq soğan, pencər və prasa əvəzsiz prebiotik mənbəyidir. Həmçinin kənddə hazırlanmış kərə yağı, soyuq sıxılma üsulu ilə hazırlanmış zeytun yağı prebiotik mənbəyidir. Probiotik isə canlı bakteriya deməkdir . Bu ev turşusunda, turşu suyunda, sirkədə , qatıqda süddə olur. Tabletdə canlı bakteri olmur. Sizi aldatmasınlar. Probiotik dərman kimi satılmır, buna kim desə inanmayın. Bunun üçün evdə hazırlanmış təbii fermentli ərzaqdan istifadə edin".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1586   Tarix: 01 mart 2020
f Paylaş

Oxşar xəbərlər

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

turlar.az

maskalar kosmetika mehsullari gözəllik məhsulları döş əmən kişilər resept hamiləlikdə islamda qadinlar kosmetika vətənə aid bayatı veten haqqinda atalar sozleri xərçəng bürcü atalar sözləri rus dili 2ci ders