Canınızı sevirsinizsə bu 3 qidadan uzaq durun
Nevroloq Baibing Çen beyin sağlamlığı üçün uzaq durulmalı olan 3 təhlükəli qidanı açıqlayıb.
Milli.Az nypost-a istinadla xəbər verir ki, Çen ilk növbədə böyük tropik balıqlardan - barakuda, qrupper və amberjack kimi növlərdən uzaq durduğunu deyib.
Onun sözlərinə görə bu balıqlarda siquatoksin adlı təhlükəli neyrotoksin toplanır. Bu toksin bişirildikdə belə məhv olmur.
Siqatoksin zəhərlənməsi halında insanlar yanğı, karıxma, yuxu pozuntusu və xroniki sinir problemləri yaşaya bilər.
İkinci təhlükəli məhsul zədələnmiş konserv bankalarıdır. Nevroloq bildirib ki, şişmiş və ya ciddi deformasiyalı bankalarda botulinum toksini ola bilər. Bu maddə iylənmir və dadı da olmur, amma ölümcül zəhərlənmə yarada bilər.
Üçüncü təhlükə isə yarımçıq bişmiş donuz ətidir. Çen deyib ki, belə ətlərdə neirosistiserkoz adlı parazitar infeksiya riski var. Bu xəstəlik beyində yerləşən lent qurdundan yaranır və epilepsiyaya səbəb ola bilər.
Həkim bu qidalardan ehtiyatlı olmağı və riskli hallarda onları ümumiyyətlə yeməməyi tövsiyə edir.
İsmayıl
Milli.Az









8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Qaravəllilər
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Heyli Biber hamilədir? - Foto
Survivor 2027'nin kapitanları onlar oldu
Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı
Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI
Tanınmış reperi həbsxanada döydülər
Diabet xəstələri banan yeyə bilər?