Cavan qalmaq üçün neçə saat yuxu bəs edər?
Kifayət qədər yuxu almaq üçün gündə neçə saat yatmaq lazımdır?
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı nevroloq Vladimir Martınov "RIA Novosti"yə müsahibəsində danışıb.
Mütəxəssis qeyd edib ki, böyük insanın kifayət qədər yuxu alması üçün yeddi-doqquz saat tələb olunur. İstisna hallarda insanlar altı saat ərzində kifayət qədər yuxu ala bilirlər.
"Bəzi insanlar altı saat ərzində zəruri qədər yatmağı bacarırlar ki, bu da istisna haldır", - deyə V.Martınov bildirib.
Nevroloq xəbərdarlıq edib ki, xroniki yuxu çatışmazlığı diqqətin konsentrasiyası, həddindən artıq yorğunluq və immunitet sisteminin pisləşməsi ilə bağlı ciddi problemlərə gətirib çıxara bilər.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun









İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi