Cavanşir Məmmədovdan muğam ifaçılarına irad: 'Sənətkarlarımız ədəbi dilə diqqət etmirlər
Əməkdar artist Cavanşir Məmmədov muğam ifaçşlarını hədəf alan çıxışı ilə gündəm olub.
azxeber.com xəbər verir ki, MTV Azərbaycan kanalında "Tarixin bir günü" verilişində qonaq olan əməkdar artist ləhcə ilə ifa edən xanəndələri sərt dillə tənqid edib:
"Bizim muğam ifaçılarımız çox gözəldir, savadlıdır. Amma bir əmma var ki, bunu mən mütləq demliyəm. Konservatoriyada dərs deməsəm də, iradımı bildirməliyəm. Yaşlı sənətkarlarımız ədəbi dilə diqqət eləməlidir. Muğamı bölüblər bölgələrə, bu Naxçıvan tərəfdir, bu Şirvan tərəfdir. Bu yolverilməzdir. Muğamı ədəbi dildə oxumaq yazımdır. Deyir ki, "qdoy alım". Deməli sən ədəbiyyatdan iki almalı idin. Qadoy alım nədir? Mənim ad çəkməyə də cəsarətim var. Sadəcə dostluqlar var arada, demək olmur. Sən mənim ədəbi dilimi mənə olduğu kimi təhvil verməlisən. Xalq artisti olmur, kim olur olsun mənə fərq etmir, mən iradımı bildirirəm. Çünki mən də Azərbaycan musiqisinə xidmət edirəm. Məahnını oxuyanda nəfəsini belə düz almadan oxuyursansa, deməli sən özfəaliyyət müğənnisən.
Aysel









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
"Eşref Tek" nə vaxt yayımlanacaq?
"Qızım babası kimi siyasətçi olacaq
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
Nev vəfat etdi