Cavanşir Məmmədovun qızından şok: Türk ərini tutdurdu - 240 minlik qalmaqal

Cavanşir Məmmədovun qızından şok: Türk ərini tutdurdu - 240 minlik qalmaqalCavanşir Məmmədovun qızı Xatirə Məmmədovanın həyat yoldaşı, Türkiyə vətəndaşı İbili Mustafa Kəmal oğlu hüquq-mühafizə orqanlarına müraciət edərək X. Məmmədovanın dələduzluq yolu ilə onun pullarını ələ keçirdiyini iddia edib. 
azxeber.com xəbər verir ki, "Yeni Sabah"a daxil olan müraciətdə Mustafa İbili bildirir ki, Xatirə Məmmədova ilə 2018-ci ilin oktyabrın 10-da internet üzərindən tanış olub və evlənmə qərarı alıblar. 
Bu məqsədlə o, Türkiyədəki evini və iş ofisini sataraq 10.000 dollar üzərində, 45.000 dollar da bank hesabında saxlayaraq Bakıya gəlib. Onun sözlərinə görə, Bakıya gəldikdən sonra X. Məmmədova onu anası və qızı ilə tanış edib və bu zaman anası ona "əgər qızımla evlənmək istəyirsənsə Bakıda ev al, sonra qızı istə, toyunu edək",- deyə bildirib.  
Mustafa İbili bildirir ki, bundan sonra Yasamal rayonu ərazisindən ilkin ödənişi 20.000 manat, aylıq ödənişi 3.116 manat olmaqla mənzil alıb. O qeyd edir ki,  Xatirə Məmmədovanın göstərişi ilə aldığı mənzilə 58.880 manat pul xərcləyib. O, əlavə olaraq Xatirə Məmmədova üçün aldığı qızılların və mobil telefonunun qiymətinin 12.000 dollara başa gəldiyini deyib və bildirib ki, 4 il ərzində Xatirə üçün aldığı paltarlara, çantalara, ayaqqabılara və bəzək əşyalarına 10.000 manatdan çox pul xərcləyib.  
O qeyd edib ki, aldığı televizor, qızıl, ev iti və ütü ilə birlikdə Rəfiqə Qafarovaya da 7.150 manat pul xərcləyib. 
X. Məmmədovaya hər ay xərcləməsi üçün 1.000 manat pul verdiyini deyən Mustafa İbili bildirib ki, o ümumilikdə Məmmədova Xatirə Cavanşir qızına 27.000 manat pul verib.  
O, evlənmə məqsədi ilə Bakıda qalarkən kirayə mənzilə hər ay 500 manat pul ödəyib və ümumilikdə bu məqsədlə 10.000 manat pul xərcləyib.  
Onun sözlərinə görə, Xatirə Məmmədovanı, Rəfiqə Qafarovanı, gəlini Nərgiz Məmmədovanı və anası Xalidə Məmmədovanı 4 dəfə İstanbula aparıb və bu 4 səyahətlərə ümumilikdə 46.000 dollar pul xərcləyib.  
Qeyd edib ki, Cavanşir Məmmədovun iddia etdiyi 100.000 dollar və Rəfiqə Qafarovanın iddia etdiyi 30.000 dollar pulu onlar Mustafaya İbili verməyiblər. Bütün pulları X. Məmmədovanın öz adından, anasının və atasının adından onun bank hesabına köçürüblər və köçürülən məbləğin bir hissəsini aldığı mənzilə və mənzilin əşyalarına xərcləyib. Qalanı 2020-ci ilin mart ayından 2021-ci ilin oktyabr ayına qədər xərclənən 86.000 manat olub və digər qalan pulları sadaladıqlarına xərclənilib.  O, ümumilikdə 240 min manatlıq zərər vurulduğunu bildirir.
Mustafa İbili bildirib ki, istintaqda qardaşından 10.000 dollar borc alaraq Cavanşir Məmmədova ödəyib və artıq pulu qalmayıb.  
O, müraciətində qeyd etdiyi halların araşdırılmasını və Məmmədova Xatirənin dələduzluq yolu ilə pullarını xərclətdiyi üçün barəsində cinayət işi açılmasını, cəzalandırılmasını və xərclədiyi pulların geri qaytarılmasını istəyib. 
Qeyd edək ki, Cavanşir Məmmədov hüquq-mühafizə orqanlarına müraciət edərək Mustafa İbili tərəfindən aldadıldığını bildirib. Belə ki, o iddia edib ki, Mustafa İbili Cavanşir Məmmədovdan 13.000 manat və 126.500 dollar alıb və geri qaytarmayıb. Daha sonra Mustafa polis əməkdaşları tərəfindən saxlanılıb. Haqqında Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Şou Biznes     Baxılıb: 1754   Tarix: 16 sentyabr 2022
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq

Amerikalı aktrisa Hilari Suonkun üçüncü övladı olacaq. 52 yaşlı aktrisa 7 aylıq hamilə olduğunu açıqlayıb. Qeyd edək ki, Hilari 2018-ci ildə prodüser və iş adamı Filip Şnayderlə ailə qurub. /

.

Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib

Türkiyənin tanınmış müğənnisi Sertab Erener BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) üçün "One Home" ("Bir yuva") adlı xüsusi mahnı hazırlayıb

.

Oğlu Zaur Rzayevin vəsiyyətini açıqladı

Xəbər verdiyimiz kimi, Xalq artisti Zaur Rzayev ötən gün dünyasını dəyişib. Müğənnin oğlu Nadir Rzayev atasının vəsiyyətini Axşam.az-a açıqlayıb. O bildirib ki, atası yas mərasiminin çəkilməsini istəməyib:. "Atamın vəsiyyət

.

Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi

Müğənni Nərmin Kərimbəyova "Zəfər Günü"nə yeni layihə hazırlayıb. xəbər verir ki, sənətçi, bu dəfə "Atabarı" adlı türk xalq mahnısına müraciət edib. Sözü gedən nəğmə, türk dünyasının sevilən xalq mahnıs

.

Arif Mirzəyev vəfat etdi

Görkəmli bəstəkar, orqan ifaçısı, Əməkdar artist Arif Abdulla oğlu Mirzəyev noyabrın 10-da vəfat edib. -a istinadən xəbər verir ki, musiqiçi uzun sürən xəstəlikdən sonra 83 yaşında Almaniyada dünyasını dəyişib. Arif Abdull

.

İlyas Yalçıntaş sərbəst buraxıldı

Türkiyədə məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində iyul ayında həbs edilən müğənni İlyas Yalçıntaş ilk məhkəmə iclasında azadlığa buraxılıb. -a istinadən xəbər verir ki, Ağır Cinayətlər Məhkəməsində keçirilə

.

Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir

Türkiyədə rep musiqisinin tanınmış ifaçıları "Lvbel C5" (Süleyman Burak Bodur) və azərbaycanəsilli Asya Əlizadənin ifa etdiyi "Kahpe" mahnısı ilə bağlı cinayət işi üzrə ittiham aktı hazırlanıb. -a istinadə

.

Qarabağa köçən məşhurlar - SİYAHI

İşğaldan azad olunan Qarabağda həyat yenidən canlanır. Uzun illər doğma yurdlarından uzaqda yaşayan insanlar Böyük Qayıdış çərçivəsində ata-baba torpaqlarına qovuşurlar. Onların arasında tanınmış şəxslər də var. Qarabağ

.

Zaur Rzayev harada dəfn olunacaq?

"Xalq artisti Zaur Rzayevlə vida mərasiminin harada keçirilməsi ailəsinin verəcəyi qərara bağlıdır. Bu barədə -a Mədəniyyət Nazirliyindən məlumat verilib. Zaur Rzayevin ailəsi ilə əlaqə saxlamaq isə mümkün olmayıb. Xanəndəni

turlar.az

kosmetoloq qadın geyimi həkim məsləhəti qadınlar vətən haqqında bayatı evim interyer moda xəbərləri kosmetika sac modelleri şirin qoğal kley lekesi novruz bayrami hakisda vətən həsrəti