Çaxır içki siyahısından çıxarıldı:bundan sonra...
Moldova spirtli içki sayılan çaxırla bağlı qeyri-adi addım atıb. Bu içki spirtli içkilərin siyahısından çıxarılıb və qida məhsulu elan edilib. Parlamentin qərarından sonra bu məhsulun reklamına və gecə olmadan satışına olan məhdudiyyət də aradan qaldırılacaq.
Düzəlişə görə, indi Moldavada çaxır üzümün qıcqırdılması nəticəsində əldə edilən içki deyil, qida məhsuludur.
Layihənin müəllifi, deputat İvan Balanın sözlərinə görə, dəyişikliyin məqsədi Rusiyaya çaxır qadağasından sonra əziyyət çəkən yerli üzümçülük müəssisələrini dəstəkləməkdir. Deputat əmindir ki, keyfiyyətli çaxırdan diqqətlə istifadə son zamanlar daha sərt içkilərə üstünlük verən ölkə vətəndaşlarına ancaq fayda gətirə bilər.
Deputatın bu təklifinə qarşı çıxanlar da olub. Onun bəzi həmkarları düşünürlər ki, çaxırdan istifadəni qanuniləşdirmək spirti içki içənlərin sayını artıracaq. Onlar həmçinin ölkənin son bir neçə ildə Ümümdünya Səhiyyə Təşkilatının tərtib etdiyi ən çox içki içən ölkələr siyahısına başçılıq etdiyini də xatırladıblar.
Bu gün Moldavada televiziya və radio da spirtli içkilərin reklamı qadağandır. /istipress
f Paylaş








Qadınları orqazma çatdıran 7 seks pozası
Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN
Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
İmperator'un dövlətə bağışladığı mülklər - SİYAHI
Corcina uşaqların 220 min avroluq müalicə pulunu ödədi - Aksiyanı dayandırdı
Ürəyim bütün zəvvarlar kimi orada qaldı' - Aparıcı Məkkə ziyarətindən yazdı
Avroviziya' iştirakçısı oğlundan imtina etdi
Yumurta alarkən mütləq koduna baxın - FOTO
Eşref Rüya' final edir - Tarix bilindi
Qadınlarda infarktın gizli əlamətləri - Həkim xəbərdarlıq etdi