Çəkisizliyin orqanizmə patoloji təsiri

Çəkisizliyin orqanizmə patoloji təsiriİnsan bədəni adi şəraitdə istinad nöqtələrinə öz kütləsinə mütənasib olan qüvvə ilə təzyiq edir. Orqanizmin istinad etdiyi sahə isə ona eyni qüvvə ilə əks-təsir edir. Bu qüvvənin aradan qalxması çəkisizlik adlanır. Eksperimental şəraitdə çəkisizlik yaratmaq üçün insanı xüsusi çəkisi bədənin çəkisinə bərabər olan mayenin içərisinə salırlar. Lakin bu zaman daxili orqanların cazibə reseptorlarının fəaliyyəti davam etdiyinə görə, tam çəkisizlik halı yaratmaq mümkün olmur. Kosmik uçuşlar zamanı aparılan tədqiqatlar çəkisizliyin orqanizmə təsiri və onun mənfi nəticələrini aradan qaldırmaq yollarını öyrənməyə imkan verir.
Çəkisizlik şəraitində istinad orqanlarında ağırlıq hissi itirilir və orqanizmin bioloji mayelərinin (qan, limfa) hidrostatık təzyiqi aradan qalxır. Çəkisizlik şəraitində orqanizmin iş qabiliyyəti və fiziki yükə qarşı davamlılığı azalır, sümük-əzələ sistemi destruktiv dəyəşikliyə uğrayır, enerji mübadiləsi zəifləyir. Bunun nəticəsində orqanizmin oksigenə olan təlabatı azalır, ürək-damar sisteminin fəaliyyətində dəyişikliklər baş verir.
Çəkisizlik şəraitində bədənin yuxarı hissəsində və başda adi hallarda olduğundan çox qan toplanır. Nəticədə başda ağırlıq hissi və üzdə şişkinlik əmələ gəlir. Belə hallarda orqanizmdə dövr edən qanın həcminin azalmasına yönəlmiş mühafizə-uyğunlaşma reaksiyaları baş verir. Bu reaksiyalar nəticəsində orqanizmin su itkisi artır, susuzluq hissi azalır. Orqanizmdə suyun azalması kosmik uçuşdan geri qayıdan insanın Yer şəraitinə uyğunlaşmasını çətinləşdirir.
Çəkisizlik şəraitinə düşmüş şəxslərin orqanizmində hissi, hərəki və vegetativ pozğunluqlar baş verir. Çəkisizlik mühitində qalmış adamlarda aşağıdakı patoloji əlamətlər özünü göstərir:
- öyümə
- qusma
- ağız suyu ifrazı
- arterial təzyiqin düşməsi
- göz sinirində pozulmalar.
İnsan çəkisizlik şəraitinə 3-7 gün ərzində uyğunlaşa bilir.
Milli.Az

Xəbərlər     Baxılıb: 993   Tarix: 23 avqust 2022
f Paylaş

Oxşar xəbərlər

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

turlar.az

aksessuarlar geyim necə seçməli toy gecesi balıqlar bürcü islamda hicab bilincik resepti uşaqlara yemək hazırlama kosmetika geyim hamilelik nağıllar yutube vetene aid atalar sozu