Çərəzin əzələ sisteminə İNANILMAZ FAYDALARI: bunlara diqqət edin!

Çərəzin əzələ sisteminə İNANILMAZ FAYDALARI: bunlara diqqət edin!Yaşla heç bir əlaqəsi olmayan əzələ dartınması çoxunun şikayət etdiyi vəziyyətdir.
Milli.Az xəbər verir ki, dartınma özü ilə birlikdə əzələ və ya əzələ qrupunun dözülməz ağrılarını gətirir.
Bu vəziyyətin tez-tez təkrarlanması isə metabolik və nevroloji xəstəlikərin simptomudur. Məsələn, diabet, Parkinson xəstəlikləri əzələ dartınması sayəsində üzə çıxır. Maqnezium, kalium kimi mineralların, duz və B12 vitamin çatışmazlığı da dartınmaları tezləşdirə bilər.
Bəs bu problem ev şəraitində təbii üsullarla aradan qaldırıla bilərmi?
Xoş xəbərimiz var: əlbəttə!
*Maqnezium əlavələri (xüsusilə, sitrat və qlisinat duzları) dartınmanın qarşısını alır və azaldır.
* B1 vitamini dartınmanın ağrısını azaldır. B6, B12 əlavə ediləndə təsir daha da güclənir.
* Üzüm çəyirdəyi ayaqdakı əzələ dartınmalarını müalicə edir.
* E vitamini də bu işin öhdəsindən gələ bilər.
* Sodium və kalium çatışmazlığı qarın və ayaq bölgəsindəki dartınmalara səbəb ola bilər. Kalium və duz yeməklə bu problemin qarşısı alına bilər.
Yuxarıda adı çəkilən təbii məhsullar ən çox çərəzlərin tərkibində olur. Lakin çərəzlərdən istifadə edərkən də diqqətli olmaq lazımdır ki, sağlamlığı qorumaq istəyərkən artıq çəki yaranmasın.
30 qram çərəzi həzm etmək üçün nə qədər hərəkət etmək lazımdır?
30 qram çərəz 175 qram kaloriyə bərabərdir. Bu kalorini yandırmaq üçün 30 dəqiqə nizamlı yürüş, ya da 45 dəqiqə sürətli yürüş etmək lazımdır. Eyni miqdar kalorini velosipedlə 20, yüksək sürətlə isə 15 dəqiqə yandıra bilərsiniz.
175 kalorini xərcləmək üçün ən az 20-25 dəqiqə üzmək lazımdır. Tennisi təkbaşına oynayırsınızsa 15, digər halda isə 30 dəqiqə bəs edər. Əgər qolf xoşlayırsınızsa, 15-20 dəqiqəyə ehtiyacınız var.
Çərəzlərin porsiyaları nə qədər olmalıdır?
Çərəzlərin sağlamlığa faydası sübuta ehtiyacı olmayan faktdır. Tərkibi sağlam yağlar, faydalı proteinlər, minerallar, bol lif və vitamindən ibarətdir. Bununla yanaşı, həm də kalori çəlləyidir. 100 qram çərəz 600 kaloriyə bərabər olur. Bu miqdar bir kişinin gündəlik kalori ehtiyacının dörddə biri, qadınlarda isə üçdə birinə bərabərdir.
Qısası, çərəzi ovuc-ovuc deyil, sayaraq yeməkdə fayda var, yoxsa artıq çəkiyə səbəb olar. Buna görə də gündə 30 qramdan çox çərəz yeməyin.
Gündəlik yeyilə biləcək çərəz miqdarı:
Badam (təzə): 20 ədəd
Fındıq (təzə): 20 ədəd
Yerfıstığı (qovrulmuş): 40 ədəd
Qoz (təzə): 5 ədəd
Çərəzləri qovrulmamış, duzlanmamış və qurumamış formada yeməkdə fayda var. Onları nəmli yerdə saxlamayın. Qaranlıq yerdə saxlanmalarında isə fayda var.
BONUS
Qış yaxınlaşarkən qalın geyimlərə bürünüb kilolarını gizlətmək istəməyənlər üçün tövsiyələrimiz var. Əgər bədəninizi daim "toksin əleyhinə silah" halına gətirmək istəyirsinizsə, mətbəxinizdə bu məhsullardan bol istifadə edin: sarıkök, cəfəri, dərəotu, kərəviz, sarımsaq, avokado, kələm, çuğundur. (publika.az)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1832   Tarix: 27 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

turlar.az

geyim seçimi toy makiyajlari kosmetik vasiteler gəlin qayınana cinsi heyat 2026 cu ilin modasi soda maskasi kosmetika vətənə aid bayatılar aslan uzeyir hacibeyli qiz burcu novruz bayramına aid hakışda