Çətənə toxumunun sağlamlığa inanılmaz faydaları
Qidalanma mütəxəssisləri çətənə toxumunun insan sağlamlığı üçün çoxsaylı faydalarını açıqlayıblar. Bitki mənşəli zülal mənbəyi olan çətənə toxumu xüsusilə vegan və vegetarian pəhrizlərində mühüm yer tutur.
Milli.Az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, çətənə toxumu Omega-3 və Omega-6 yağ turşuları baxımından zəngindir. Bu balans ürək-damar sağlamlığını qorumağa və xolesterol səviyyəsini tənzimləməyə kömək edir.
Tərkibində E vitamini, maqnezium, fosfor, kalium və sink kimi mühüm vitamin və minerallar olan bu toxum bağırsaq fəaliyyətini yaxşılaşdıran liflə də zəngindir. Omega-3 və gamma-linolen turşusu (GLA) isə orqanizmdə iltihabı azalda bilər.
Həkimlər bildirirlər ki, çətənə toxumu dəri sağlamlığına da müsbət təsir göstərir, quruluq, ekzema və sızanaq problemlərinin qarşısını ala bilər. Sağlam yağlar və zülallar isə uzunmüddətli enerji təmin edərək toxluq hissini artırır.
Qidalanma üzrə ekspertlər gündəlik rasiona az miqdarda çətənə toxumu əlavə etməklə həm immunitetin güclənəcəyini, həm də ümumi sağlamlığın yaxşılaşacağını vurğulayırlar.
Milli.Az









Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Evdə stress yaradan 5 şey
Nuran yeni layihəsini təqdim etdi
Təzyiqi aşağı salan 5 əsas qida
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO