Çimərliklərdə hansı infeksiyaya yoluxa bilərik? - Terapevtdən SOS

Çimərliklərdə hansı infeksiyaya yoluxa bilərik? - Terapevtdən SOSRusiyalı həkim-terapevt Tatyana Çaruşina çimərliyə üz tutanları gözləyən təhlükədən danışıb.
Milli.Az xəbər verir ki, mütəxəssis tətildə qorunmağın yollarından danışıb.
"Çimmək çox təhlükəli deyil. Duzlu suda zərərli maddələrin konsentrasiyası azaldığından koronavirusa yoluxma ehtimalı aşağı düşür. Sahildə yoluxma ehtimalı daha yüksəkdir. İdman alətlərinin olduğu yerlərdə voleybol, pionerbol, tennis və digər oyunlardan imtina etməyi tövsiyə edərdim. Oyun zamanı virusun topla ötürülməsi daha təhlükəlidir".
Lakin həkim istisna etmir ki, koronavirus yeganə təhlükə deyil, belə ki, dənizdə çimmək sizi digər viruslardan sığortalamır:
"Çoxları dənizdən gəldikdən bir-iki gün sonra ishal olur və qusmağa başlayır. Yemək zəhərlənməsi olur, amma ümumiyyətlə səbəb qida deyil. Dəniz, çay və ya gölün suyu sizi asanlıqla infeksiyaya yoluxdura bilər. Üzəndə suyun ağzınıza daxil olmamasına maksimum diqqət edin. Prosedurlardan dərhal sonra duşa gedin, ağzınızı yaxalayın. Axan suyun altında yuyunun. Suda kök atıb uzun müddət orada qala bilən ən təhlükəli "qonaq" hepatit A-dır.
Rotavirusa əlavə olaraq, palçıqlı su ilə yanaşı qurd yumurtalarını da uda bilərsiniz. Çayda kanalizasiyanın axıdıldığı yerlər varsa, o zaman bir çox infeksiyaların yayılması qaçılmazdır.
Digər bir təhlükə suda çimən quşlardır. Quşların yanında üzmək sağlamlığınız üçün risklidir, serkarioz ola bilərsiniz. Bu xəstəlik şistosomal dermatit adlanır. İnfeksiya ördək və ya molyuskalar vasitəsilə ötürülür. Prinsipcə, çox təhlükəli bir şey yoxdur, lakin xoşagəlməz haldır: şişlik, qaşınma, cildin qızartısı və s.
Bir sıra göbələyin islaq ayaqlara yapışdığını unutmayın. Qumda oturmaq eyni dərəcədə təhlükəlidir. Beləliklə, bir sıra problemlər meydana çıxa bilər. Odur ki, uşaqlar qumda oynayarkən uzun şortlar geyindirin, qısa çimərlik geyimləri deyil, ayaqlarına isə rezin ayaqqabılar. Valideynlər körpənin qum yeməməsini təmin etmək üçün həmişə əlində antiseptik tutmalıdır", həkim sonda qeyd edib. (publika.az)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1291   Tarix: 08 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərini

.

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

Təbiət qoynunda pikniklər və ya eyvanda yemək zamanı tez-tez milçəklərlə qarşılaşırıq. Boşqabı qısa müddətə nəzarətsiz qoymaq kifayətdir ki, həşəratlar dərhal onun üzərinə qonsun. -a istinadən xəbər verir ki, rusiyalı həkim-infeksionis

.

Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. Bu barədə -ın sorğusuna cava

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış

"Tibbdə geniş yayılmış "iki nəfər üçün yemək" yanaşması artıq elmi əsasını itirib". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zaman

.

Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz

Stress gündəlik həyatda qarşılaşdığımız problemlərə və dəyişən şərtlərə orqanizmin verdiyi təbii reaksiyadır. xəbər verir ki, mütəxəssislərin fikrincə, stressi tamamilə aradan qaldırmaq mümkün olmasa da, müəyyən vərdişlə

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

turlar.az

geyim dəbləri kosmetoloq kosmetik vasiteler maraqli hind filmleri seksual pozalar dəriyə qulluq elm haqqinda atalar sozleri kosmetika novruz hakışdaları burclerin uygunlugu qoğalın nağlı hakışta kokelmek