Çinarə: 'Mənasız suallarınız ilə məni yormayın
İyun ayının 6-da qeysəriyyə əməliyyatı ilə ana olan, lakin 7-iyunda övladını itirən aparıcı Çinarə Əliyeva daha bir paylaşım edib.
azxeber.com xəbər verir ki, o, yaxın zamanda yenidən işinə qayıdacağını açıqlayıb.
Aparıcı daha övladı ilə bağlı sualları eşitmək istəmədiyini deyib:
"Yazdığınız mesajlarınızla mənə güc verdiniz. Məni ayağa qaldırdınız. Düzdür, içimdə nə çəkirəmsə, Allahım buna şahiddir. Ailəm yanımdadır. Belə olmağını biz özümüz də istəmirdik. Amma Allahın bildiyi bir şey var, demək ki, belə olmalı imiş. Artıq özümü ələ almalıyam, çünki qarşıda işlərimiz var. Mənə çox çətindir. Neqativ şeyləri sevmirəm. Özünüz də bilirsiniz ki, mən, Çinarə hər zaman pozitivəm, deyib, gülürəm, çalışıram ki, sizə yaxşı xəbərlər çatdırım. Allahın bir yazısı var imiş ki, bu, belə oldu. Qarşıda aparacağım məclislər var. Buna görə də özümü ələ almalıyam. Xahiş edirəm, heç kim məni qınamasın. Onsuz da bir il sonra belə işimin başına qayıtsam, yenə də bilirəm, xoş olmayan sözlər yazılacaq. Çalışın ki, mənə dəstək olun. Həqiqətən, bu aralar mənim sizin dəstəyinizə ehtiyacım var. İşimə qayıdıb, verilişlərimi çəkməliyəm. Qarşıda xına məclislərim var. İstəyirəm ki, ev yiyələrinin qarşısına pozitiv çıxım, onların məclislərini gözəl idarə edim. Bu hadisələr ürəyimdə qalsa da, çalışacağam yavaş-yavaş unudum. İnşallah, Allah məni mükafatlandırar. Hər şey gözəl olar. Sizdən ən böyük xahişim, mənə artıq suallar verməyin. Məni mənasız suallarınızla yormayın. Mənə yazıq sifətlə baxmayın. Bilirəm ki, yenə də yaxınlaşıb "Niyə belə oldu?" sualını verəcəklər. Belə suallarla yaramı təzələməyin. Məni görəndə elə edin ki, sanki belə bir şey olmayıb. Bildiyinizi bilirsiniz, məsələ ilə bağlı açıqlama da vermişəm".
Qeyd edək ki, Çinarə plastik cərrah Ruslan Rəsulla ailəlidir. Bu Çinarənin ilk evliliyi olsa da Ruslan daha öncə ailəli olub və iki övladı var.
Aysel









Hakışta
Seks zamanı kişiləri dəlicəsinə ehtiraslandırmağın yolları
Astroloji proqnoz - 20 iyul
Anal seksin qadın orqanizmi üçün ziyanı və xeyiri
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda ilan görmək görün nəyə işarə edirmiş?!
Bürclər haqqında qısa və ən lazımlı məlumatlar
Xınayaxdı üçün HAKIŞTALAR
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Qızlıq və ya bakirəlik pərdəsinin yırtılması haqqında
Qadınları orqazma çatdıran 7 seks pozası
Vətən və el haqqında atalar sözləri