"CinemaPlus"da "Bayram axşamı" filminin imza günü - FOTOLAR + VİDEO

"Cinemaplus" 28 Mall kinoteatrında tamaşaçılarda böyük ajiotaj yaradan "Bayram axşamı" filmin imza günü keçirilib.

Xanim.az xəbər verir ki, tədbirdə filmin yaradıcı həyəti iştirak edib, gələn qonaqlar ilə xeyli şəkil çəkdirib, avtoqraf paylamışdırlar. "Bayram axsami" filminin prodüseri Murad Dadaşov hər kəsi salamlayaraq, filmin çəkiliş prosesində baş verən maraqlı hadisələrdən danışıb. Daha sonra yaradıcı heyət tamaşaçılar ilə birgə zala daxil olaraq, filmi izləyiblər.

İmza gününün keçirildiyi növbəti məkan Gəncə şəhərində yerləşən "Cinemaplus" Xəmsə kinoteatrı olub. Gəncə sakinlərinin uzun müddət gözlədiyi sevimli aktyorlar şəhərə xüsusi bəzənmiş avtobusda gəliblər. Bu da tamaşaçılar tərəfindən çox böyük marağa səbəb olub. Tədbirə qatılan tamaşaçıların sayı gözlədiyindən də artıq olduğuna görə, filmin ulduzlar ilə nümayişi üçün daha bir zal ayrılıb.

Filmin İmza günlərini "CinemaPlus" şəbəkəsinə daxil bütün kinoteatrlarda təşkil etmək planlaşdırılır. .

"M Group Production"ın yeni layihəsi - "Bayram axşamı" tammetrajlı bədii filmi həm şirkətin ilk kinematoqrafiya işi, həm də gənc rejissorun debütü olub.
Toğrul Məmmədov təkcə rejissorluq vəzifəsini öz üzərinə götürməyib, həm də Fariz Əliyev və Cəmil Məmmədli ilə əməkdaşlıq nəticəsində filmin ssenari müəllifi kimi çıxış edib. Layihənin prodüseri, "M Group Productionun" rəhbəri və Azərbaycanın əməkdar artisti Murad Dadaşov isə filmdə epizodik rollardan birini oynayıb.
Novruz bayramına həsr olunmuş filmdə Hollivud filmlərindən məlum olan yeni texnologiyalardan, mürəkkəb qrafika işləri və müasir kompyuter üsullarından istifadə olunub.
Film tamaşaçıların gurultulu alqışları ilə qarşılanıb. Yaradıcı kollektiv filmin komediya həvəskarlarının ürəyini fəth edəcəyi ilə bağlı xoş sözlərə və ümidlərə görə minnətdarlığını bildirib.
Filmin məzmunu: ekran əsəri Bayram adlı uğursuz oğlanın şirkət sahibinin qızına vurulmasından bəhs edir. Əsas hadisələr Novruz bayramı ərəfəsində cərəyan edir. Bayram uğursuzluğa son qoymağı qərara alır. Novruz bayramı ənənəsinə görə, bu arzunun həyata keçməsi üçün tonqalın üstündən tullanmaq lazımdır. Lakin o səhər yeni doğulmuş körpənin başı ilə əvvəlki Bayrama çevrilir.
Filmdə əsas rolları əməkdar artist Əkbər Əlizadə və Elxan Quliyev, habelə artistlər Oksana Rəsulova, İslam Mehrəliyev, Cəmil Məmmədli və Asya Abdullayeva oynayıblar. Filmdə həmçinin xalq artisti Firəngiz Mütəllimova, əməkdar artist Nahidə Orucova, aparıcı Xose Bernardo, müğənni Miri Yusif və başqaları rol ynayıblar.
Filmin icraçı prodüseri İsmayıl Bağırov, stilist və vizajist - Nura Babayeva, kostyumçu - Aygün Mahmudova, qrim ustası Mehriban Nemətova, operator Rauf Qurbanəliyevdir.

"CinemaPlus" kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.

"CinemaPlus"da "Bayram axşamı" filminin imza günü - FOTOLAR + VİDEO"CinemaPlus"da "Bayram axşamı" filminin imza günü - FOTOLAR + VİDEO"CinemaPlus"da "Bayram axşamı" filminin imza günü - FOTOLAR + VİDEO"CinemaPlus"da "Bayram axşamı" filminin imza günü - FOTOLAR + VİDEO"CinemaPlus"da "Bayram axşamı" filminin imza günü - FOTOLAR + VİDEO"CinemaPlus"da "Bayram axşamı" filminin imza günü - FOTOLAR + VİDEO"CinemaPlus"da "Bayram axşamı" filminin imza günü - FOTOLAR + VİDEO"CinemaPlus"da "Bayram axşamı" filminin imza günü - FOTOLAR + VİDEO

Xəbərlər     Baxılıb: 2211   Tarix: 27 fevral 2017
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qabığında elə faydası var ki

Yerfındığının qabığı adətən atılır, amma əslində müəyyən faydalı xüsusiyyətləri də var. O, tam olaraq bir şəfa mənbəyidir. xəbər verir ki, onu çay kimi dəmləyib içə bilərsiniz. . 1. Antioksidant mənbəyidir Qabıqda polifenolla

.

Qadınlarda infarktın gizli əlamətləri - Həkim xəbərdarlıq etdi

Qadınlarda ürək tutması əksər hallarda klassik simptomlarla özünü göstərmir və bu da xəstəliyin vaxtında aşkarlanmasını çətinləşdirir. xəbər verir ki, kişilərdə tez-tez rast gəlinən şiddətli sinə ağrısından fərqli olaraq

.

Beyin iltihabını azaldan burun spreyi: Yaddaşı da bərpa edir

Alimlər cəmi iki dozada beyin iltihabını kəskin şəkildə azalda və yaddaşı bərpa edə bilən yeni bir burun spreyi hazırlayıblar . Spreyin təsirinin aylarla davam etdiyi bildirilir. xəbər verir ki, son zamanlar aparılan çoxsayl

.

Ağcaqanadlar ən çox onları SANCIR

Yay aylarının ən narahatedici problemlərindən biri olan ağcaqanad sancmaları ilə bağlı maraqlı faktlar açıqlanıb.  xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, ağcaqanadlar hər kəsi eyni dərəcədə sancmır. Onlar bəzi insanlar

.

Gözlərinizi ovuşdurarkən bir daha düşünün

Göz ovuşdurma vərdişi korneanın quruluşuna birbaşa təsir edərək görmə qüsurlarına zəmin yaradır.  xəbər verir ki, gözə edilən sərt və davamlı təzyiq, gözün ən ön təbəqəsi olan kornea toxumasının zamanla incəlməsinə və dikləşərə

.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq

Vitaminlərin və qida əlavələrinin nizamsız və həddindən artıq istifadəsi zəhərlənməyə və qaraciyər çatışmazlığına səbəb ola bilər. xəbər verir ki, türkiyəli professor Dr. Ərtuğrul Kıykım,  ABŞ-da dərmanların yaratdığı qaraciyə

.

Qarğıdalının bilmədiyimiz faydaları

PP, E, D, K, C, B qrupu vitaminlərlə zəngin olan qarğıdalının bir çox faydası var.  həmin faydaları təqdim edir:. 1. Tərkibində kalium, kalsium, fosfor, maqnezium, dəmir, mis kimi vacib mikroelementlər, çox faydalı əvəzsi

.

Hansı faktorlar xərçəng riskini daha çox artırır?

Bir çox insan düşünür ki, onkoloji xəstəliklər əsasən texniki inkişafın mənfi nəticəsidir. Cəmiyyətdə belə bir təsəvvür formalaşıb ki, guya keçmiş dövrlər daha təmiz olub, plastik və zərərli qazlar mövcud olmayıb və insanla

.

Siqaretdən 10 qat daha zərərli: Hər evdə var

Kork və Qalvey universitetlərinin tədqiqatçıları müəyyən ediblər ki, gündəlik həyatda tez-tez istifadə edilən ətirli şamlar havadakı incə toz səviyyəsini Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi həddən 15 dəfə daha ço

turlar.az

gozel gorunmek reseptler geyim seçimi karolın ve gızlı dunya ızle qadın doğuşu 2026 burcler sufle resepti kosmetika bayati haqisda faydalı maskalar novruza aid hakışda bedii edebiyyat