"Çingiz üçün hərbi xidmət kişilik məktəbi idi" - Şəhidimizin qrup yoldaşı

"Çingiz üçün hərbi xidmət kişilik məktəbi idi" - Şəhidimizin qrup yoldaşı2016-cı ilin dekabr ayının 29-da Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən şəhid olmuş əsgər Çingiz Qurbanovla bu gün vida mərasimi keçirilib.

Vida mərasimində müdafiə naziri Zakir Həsənov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev, hərbi prokurur Xanlar Vəliyev də iştirak ediblər.
Xatırladaq ki, Ç. Qurbanovun nəşi fevralın 5-də geri qaytarılıb.

Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kasprşik və Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə hərbi qulluqçunun meyitinin geri alınması prosesi Qazax rayonunun Bala Cəfərli kəndi istiqamətində baş tutub.

Xanim.az-ın məlumatına görə, modern.az saytı şəhid Çingiz Qurbanovun məzun olduğu universitetin nümayəndəsi və tələbə yoldaşları ilə əlaqə saxlayıb.

Azərbaycan Texniki Universitetinin Xüsusi Texnika və Texnologiya fakultəsinin dekanı Ramiz Hüseynov açıqlamasında hazırda mərasim yerində olduqlarını deyib.

"Vida mərasimi bitdi. Burdan da şəhid Çingiz Qurbanovun doğulduğu Qusar rayonuna gedəcəyik. Şəhidimizi dəfn edəcəyik. Çingizin tələbə yoldaşları da burdadır. Çoxu işə getməyərək mərasimə qatılıb".
Şəhid Çingiz Qurbanovun tələbə yoldaşı, əsgər Ağalıyev Əlikram da Çingizlə bağlı danışıb.

"Çingiz Qurbanovla eyni qrupda oxumuşuq. Biz universiteti bitirib ayrı-ayrı yerlərdə xidmət etməyə başlamışıq. Mən də cəbhə bölgəsində hərbi xidmətdəyəm. Hal-hazırda məzuniyyətə gəlmişəm. Çingiz çox fədakar oğlan idi. Hərbi xidmətə yollanmamışdan öncə, diplom işinə birgə hazırlaşmışıq. Universiteti bitirəndən bir neçə gün sonra hərbi xidmətə yollanmışıq.
Çingizin hərbi xidmətlə bağlı fikirləri fərqli idi. Vətənpərvərlik hissi güclü idi. Hərbi xidməti kişilik məktəbi hesab edirdi. Elə uşaqlar var ki, əsgər getməyə çəkinirdi. Amma Çingiz çəkinmirdi. Hələ tələbə olanda hərbi xidmətə yollanmaq barədə danışırdı. Biz magistraturaya hazırlaşanda Çingiz hazırlaşmırdı. Düşünürdü ki, hərbi xidməti başa vurub gələndən sonra magistratura təhsilini davam etdirər".

Tələbə yoldaşı Çingizin şəhid olduğunu məzuniyyətə gələndə eşitdiyini deyir.

"İkimiz də hərbi xidmətə yollanandan sonra bir-birimizlə əlaqə saxlamaq imkanımız olmamışdı. Çingizin şəhid olması barədə xəbəri məzuniyyətə gələndən sonra öyrəndim. Bizdə şəhid olanlar barədə məlumat verilmir deyə xəbərim yox idi. Məzuniyyətə gələn kimi öncə sosial şəbəkədən xəbər tutdum. Şəklini görəndə inanmadım. Dərhal digər qrup yoldaşlarımla əlaqə saxladım və təəssüf ki, xəbər doğru idi. Çox pis oldum".

Xəbərlər     Baxılıb: 2059   Tarix: 06 fevral 2017
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Ən sağlam ət növü AÇIQLANDI

Bir çox insanın qərəzlə yanaşdığı və hətta mətbəxlərinə daxil etməkdən çəkindiyi bu qida, bədənin ehtiyac duyduğu əsas vitaminləri təkbaşına təmin etmək gücünə malikdir. xəbər verir ki, bu xüsusi növ immunitet sisteminiz

.

Baş ağrısı və nəfəs darlığı yaşayırsınızsa, diqqətli olun

Hipertoniya çox zaman baş ağrısı, ürək döyüntüsü və nəfəs darlığı kimi əlamətlərlə özünü göstərsə də, mütəxəssislər xəstəliyin uzun müddət gizli şəkildə inkişaf edə biləcəyi barədə xəbərdarlıq edirlər. xəbər verir ki, kardiologiy

.

Daha bir ölkədə hantavirus aşkarlandı

Fransada hantavirusla bağlı narahatlıq artır. xəbər verir ki, səhiyyə naziri Stefanie Rist hantavirus epidemiyasına məruz qalan kruiz gəmisində olan fransız sərnişinlərdən birinin test nəticəsinin müsbət çıxdığını açıqlayıb

.

Basmatini taxtından saldı! Ən sağlam düyü növləri bəlli oldu

Düyü dünyada və ölkəmizdə ən çox istehlak edilən qidalar arasındadır. Lakin mütəxəssislər ağ düyüdən daha sağlam alternativlər axtaranlar üçün bir neçə xüsusi növü ön plana çıxarırlar. Emal edilməmiş və ya az işlənmiş b

.

Basmati düyüsündəki o "heyvani" qoxunun səbəbi bəlli oldu

Basmati düyüsünün özünəməxsus ətri bəzən gözlənilən fındıq qoxusu əvəzinə kəskin "tövlə" və ya "axır" qoxusunu xatırlada bilər. Bu vəziyyət həm düyünün təbiətindən, həm də saxlama şəraitindən qaynaqlan

.

Qandakı zərərli yağları azaldan möcüzəvi QİDA

Sinir liflərini qorumaq, D vitamini sintez etmək və hormonların yaranması üçün vacib sayılan yumurta yüksək qida dəyəri ilə seçilir. xəbər verir ki,mütəxəssislər bildirirlər ki, yumurta zülal baxımından ən keyfiyyətli qidalarda

.

Səhərlər ilıq su içsək, nə olar?

Səhər oyandıqdan sonra bir stəkan ilıq su içmək sadə görünsə də, orqanizm üçün olduqca faydalı bir vərdişdir. Həkimlər bu adəti həm ümumi sağlamlığın qorunması, həm də bir çox problemlərin qarşısının alınması baxımından tövsiy

.

Bədəninizi alkoqoldan tez "təmizləmək" üçün sadə ÜSUL

Mütəxəssislər alkoqolun qalıqlarını daha sürətli azaltmağa kömək edən sadə bir üsul aşkar ediblər.  bildirir ki, kanadalı ekspertlərin bu üsulu hiperventilyasiya yəni intensiv nəfəsalma prinsipinə əsaslanır. Mahiyyəti nədir?

.

30/30/30 Rutini Nədir? Bu metod üç əsas addıma əsaslanır

İlk 30 dəqiqə: Oyandıqdan dərhal sonra tərkibində 30 qram protein olan səhər yeməyi yeyilir. Protein seçimi: Bu proteinə karbohidratlar və sağlam yağlar da müşayiət edə bilər. 30 dəqiqə idman: Ardınca 30 dəqiqə ərzində aşağ

turlar.az

sac duzumleri gelinlikler adlarin menasi 2026 geyimi balqabaq plov cinsi sağlamlıq gözəl xanım kosmetika qaynanaya aid maya maskasi rus dilin nece orenek sirin qogal kley lekesi