Çinlilər koronavirusdan qorunmaq üçün görün nələr edirlər - İNANILMAZ QAYDALAR

Çinlilər koronavirusdan qorunmaq üçün görün nələr edirlər - İNANILMAZ QAYDALAR10 ildən çoxdur ki, həyat yoldaşı və qızları ilə Çində yaşayan rusiyalı yutuber Donata Sobakinova koronavirusdan qorunmağın yolları ilə bağlı şəxsi təcrübələrini və Çin həkimlərinin tövsiyələrini izləyiciləri ilə bölüşüb.
Milli.Az xəbər verir ki, Donata yutub kanalında infeksiyanın qarşısını almaq üsullarından, eləcə də riayət etdikləri qaydalar barədə ətraflı məlumat verib.
Çin bu vəziyyətdə əhaliyə nə tövsiyə edir?
"Düşünürəm ki, məsləhətlərim faydalı olacaq. Çünki Çinin xəstəliklə mübarizədə artıq böyük təcrübəsi var. Bildiyiniz kimi, artıq qəsəbələrdə yoluxmaların sayı məhdudlaşıb", - deyə o, qeyd edib.
D.Sobakinova birinci əllərin düzgün yuyulma qaydalarını izah edib:
"Evə daxil olan kimi əllərimizi yuyur, sonra üst geyimi çıxardır və yenidən əlləri yuyuruq. Əlləri ikinci dəfə yuduqdan sonra antiseptik məhlullardan istifadə etmək tövsiyə edilir, lakin bunu biz hərdən edirdik, hərdən yox. Virus əllərdən asanlıqla yuyulur, odur ki, əlləri yuxarı istiqamətdə deyil, aşağı istiqamətdə tutaraq yumaq lazımdır. Üst geyimləri əsasən ya eyvanda, ya da xüsusi yerdə saxlamağı məsləhət görürlər. Əgər hava günəşli deyilsə, üst geyimlərini eyvanda 3 günə qədər saxlamaq məsləhətdir. Əgər hava günəşlidirsə, 1 saatdan 12 saata qədər saxlamaq lazımdır. Belə olan halda iki üst geyimindən istifadə etməlisiniz ki, dəyişikli geyinə biləsiniz. Virus dəri yolu ilə yoluxmur, lakin yaralar varsa, onu tibbi yapışdırıcı ilə yaxşıca örtün. Çünki plastr belə halda effektiv olmaya bilər, virus hava yolu ilə içəri daxil ola bilər.
Həmçinin üzünü qırxan kişiləri də potensial təhlükə gözləyir. Məsələ ondadır ki, üzünü qırxan zaman dərini kəsə bilərlər. Manikür zamanı da kiçik kəsiklər meydana gəldiyi üçün ehtiyatlı davranmaq lazımdır. Qaşların alınması da kifayət qədər təhlükəlidir".
Çində yaşayan qadın bildirib ki, saçların hər gün yuyulmasına ehtiyac yoxdur:
"Həm xarici, həm də Çin KİV-ləri yazır ki, saçları hər gün yumaq lazım deyil. Lakin hər hansı xəstə ilə təmasda olmusunuzsa, şübhə varsa, saçları əlbəttə ki, yumaq tələb olunur. Tibb işçisinizsə, xəstələrlə tez-tez ünsiyyətdə olursunuza, saçlarınızı tez-tez yumaq məcburiyyətindəsiniz.
Ayaqqabı ilə bağlı tez-tez suallar verilir. Onları da spirtlə təmizləyirik. Eyni zamanda geyimlərin də üzərində spirt sıxırıq. Lakin bu bir qədər təhlükəlidir. Odla təmasda yanma ehtimalı yüksəkdir. Çində bir kişinin başına belə bir hadisə gəlmişdi. Üzərinə həddən artıq spirt sıxdığı üçün qızdırıcının yanında yanmağa başlamış və yanıq xəsarətləri almışdı. Odur ki, üzərinizə spirt sıxan zaman maksimum ehtiyatlı olun.
Bundan başqa, bəziləri dezinfeksiya olunmuş ayaqqabı və ya qapı altlıqları istifadə etməyi tövsiyə edir. Altlıqlar xlor əsaslı məhlullarla dezinfeksiya edilir. Mağazaya gedəndə maska və əlcək taxırıq. Mümkünsə, liftdən deyil, pilləkənlərdən istifadə etmək məsləhətdir. Çünki lift qapalı məkandır. Bununla belə liftlər Çində bir çox dezinfeksiya edici məhsullarla təmizlənir. Liftin düymələrinə salfetlə basa bilərsiniz. Liftdən çıxan kimi zibil yeşiyi var, salfetləri o qutuya atırıq. Avtomobili də eyni dərədəcə dezinfeksiya etmək və havalandırmaq lazımdır. Evləri isə gün ərzində 3 dəfə, 30 dəqiqədən az olmayaraq havalandırın".
O, əlavə edib ki, əlləri üzə və gözlərə toxundurmaq olmaz:
"Telefon və kameralar da antiseptiklə təmizlənir. Mağazadan aldığımız bütün məhsulları yuyuruq. Tərəvəz və meyvələri xüsusi sabunla yuyur, sonra qabığını soyuruq. Eyni zamanda qablaşdırmada satılan məhsulları da yaxşıca yuyuruq, hətta çörək paketlərini də. Ola bilsin ki, sonuncuları etmək artıqdır, lakin bu, bir çoxlarına riayət etməli olduğu təmizlik qaydalarını öyrədəcək".
Donatanın sözlərinə görə, koronaviruslar kifayət qədər iri və ağırdır:
"Bu fakt mənim üçün də yeni oldu, onlar bədənə daxil olan kimi təsir edir. Alimlər bildirib ki, koronaviruslu xəstə vaqonda asqırarsa, ətrafa yayılan damcılar digərlərini də xəstəliyə yoluxdurur. Eynilə qrip də, qrip xəstəsi vaqonda asqırarsa, güman ki, çoxlarını qripə yoluxduracaq. Odur ki, insanlarla 1-2 metr məsafə saxlamağa çalışın.
Əgər virus kobud səthə hopubsa, məsələn, əlimizi paltoya vursaq, böyük ehtimalla virus yapışmayacaq. Lakin düz və hamar səhtlərdə daha çox yaşayır. Odur ki, əllərinizi və telefonu tez-tez silin. Aparılan araşdırmalar göstərir ki, koronavirus səthdə, 20 dərəcə temperaturda 2 gün, mənfi bir dərəcədə isə bir həftəyə qədər yaşaya bilər. Yəni soyuq yerdə daha çox yaşayır. Bundan başqa, belə bir şəraitdə kimsəsiz it və pişiklərə yaxın durmamaq tapşırılıb.
N95 və ya 4 qatlı maskalar tövsiyə olunsa da, n95 maskaların effektivliyi dəqiq deyil. Hər halda artıq yoluxmuş şəxsin başqalarını yoluxdurmaması üçün maska taxması zəruridir və bu, mübahisə olunmur. Əgər kimsə yanınızda asqırıbsa, gözlərinizi yumub nəfəsinizi tutun ki, yoluxmaq riskini azalda biləsiniz.
Çində bildiyiniz kimi, eynək taxanlar çoxdur, burundan nəfəs alanda eynəyin şüşələri tərləyir. Tərləməyin qarşısını almaq üçün maskanın üstünə salfet qoymaq tövsiyə olunur".
Donata sonda xəstəliyin simptonlarından söz açıb:
"Əsas əlamətlər quru öskürək, ürəkbulanma və qızdırmadır. Lakin xəstəlik heç bir əlamət olmadan da irəliləyə bilər, belə hallarda olur. Yemək və ya kanalizasiya vasitəsilə yoluxmaq barədə hələlik heç bir məlumat yoxdur". (publika.az)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2325   Tarix: 24 mart 2020
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər

Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyə

.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasın

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

turlar.az

toy makiyajlari gozel gorunmek yay geyimləri 2026 2026 hicab geyimləri sirin gilas boyurtken kompotu ev dekorasiyası kosmetika nizami gəncəvi sağlamlıq baldiza aid haxisda vətən həsrəti tapmacalar