Cinsini dəyişmiş Hətəmpaşa cinayətinin şok təfərrüatı - Polis məhkəmə qarşısında

Cinsini dəyişmiş Hətəmpaşa cinayətinin şok təfərrüatı - Polis məhkəmə qarşısındaBakı Apelyasiya Məhkəməsində hədə-qorxu yolu ilə pul tələb etməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinən 1980-ci il təvəllüdlü Zamir Hüseynovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Xanim.az teleqraf.com-a istinadən xəbər verir ki, hakim Abid Abdinbəyovun sədrliyi ilə keçən prosesdə Zamir Hüseynovun apelyasiya şikayəti üzrə qərar elan edilib.

Qərara görə, bəraət hökmünün çıxarılması barədə şikayət təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zamir Hüseynov 5 il 6 ay müddətinə azadlıqdan məhrum olunub, cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi barədə qərar qəbul edilib.

Zamir Hüseynov Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu yolu ilə təkrar pul tələb etmə) və 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham edilib.

O, Cəbrayıl rayonunda anadan olub və ali təhsillidir. Həbs olunana kimi Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində işləyib. Həmin vəzifədə işləyən zaman Dəmirova Ayla Altay qızının (Onun əvvəlki adı Hətəmpaşa olub, sonradan adını və cinsini dəyişib) qəsdən öldürülməsi faktı üzrə Səbail rayon prokurorluğunda Şahlar Əliyev haqqında Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) və sair maddələri 150026054 nömrəli cinayət işi üzrə araşdırma aparıb.

O, 29 iyun 2015-ci il tarixli əməliyyat tapşırığının icrası ilə əlaqədar əməliyyat tədbirlərini həyata keçirib. Qətlə yetirilən Ayla Dəmirovanın istifadəsində olmuş mobil telefonun yaddaşındakı nömrələrə baxış keçirib.

Zamir Hüseynov Ayla Dəmirova ilə telefonda danışan və onunla görüşən kişiləri polis bölməsinə çağırıb, xidməti otağında onlara hədə-qorxu gələrək külli miqdarda pul alıb.

Cinayət işi üzrə 10-dan çox zərərçəkmiş olub.

Qeyd edək ki, 1988-ci il təvəllüdlü Ayla Altay qızı Dəmirova Səbail rayonu, Axundov bağının yaxınlığında, Səid Rüstəmov, 26 ünvanında qətlə yetirilib. Hadisə zamanı daha iki nəfər də xəsarət alıb.

Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı 1995-ci il təvəllüdlü Şahlar Əliyev tutulub. Şahlarla Aylanın sevgili oluduğu məlum olub.

Şahlar Əliyev istintaqa verdiyi ifadəsində Ayla Dəmirovanı ona dostu ilə xəyanət etdiyinə görə qısqanclıq zəminində qətlə yetirdiyini bildirib.

Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd), 120.2-ci (qəsdən adam öldürmə) və 181.2.3-ci (quldurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə) maddələri ilə ittiham olunan Şahlar Əliyev Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verən zaman cinayətin təfərrüatını belə açıqlayıb: "Ayla ilə tanış olduqdan sonra onunla görüşməyə getdim. Görüşə görə ona pul verəcəkdim. Görüş zamanı mənə dedi ki, qadın yox, kişidir. Mən onunla razılaşmadım və evdən çıxmaq istədim. Ayla mənə "vaxtımı aparmısan, pulumu ver" dedi. Evdə ondan başqa şəxslər də var idi. Dava düşdü, stolu və stulları mənim üzərimə atdılar. Mən də cinayət törətdim".

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şahlar Əliyev 19 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini istəyib.

Hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Şahlar Əliyevin apelyasiya şikayəti təmin edilməyib.

Qətlə yetirilən Alya Dəmirova hadisədən əvvəl mətbuatın gündəminə avtomobil qəzası törətməsi ilə gəlib. Həmin vaxt məlum olmuşdu ki, o, əvvəllər Dəmirov Hətəmpaşa Altay oğlu olub, lakin sonradan cinsini və şəxsiyyət vəsiqəsində adını dəyişdirib.

Xəbərlər     Baxılıb: 2383   Tarix: 01 aprel 2017
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

"Qanım şirindir" deyənlərin nəzərinə: Alimlər ağcaqanadların insan seçmə sirrini açdı

Ağcaqanadların bəzi insanlara daha çox hücum etməsi uzun illərdir maraq doğuran mövzulardan biridir. Aparılan elmi araşdırmalar göstərir ki, bu həşəratlar qurbanlarını təsadüfi seçmirlər və onların seçimində bir neçə bioloj

.

Sintioqrafiya: Nədir, necə aparılır və hansı xəstəliklərdə istifadə olunur?

Sintioqrafiya (digər adı ilə qamma-skanlama) bədənin daxili orqanlarının və toxumalarının təsvirini yaradan diaqnostik nüvə təbabəti üsuludur. Bu metod hədəf orqana çatdırılan və xüsusi kamera tərəfindən qeydə alınan, qamm

.

Alma sirkəsi şəkər xəstələrini sağaldır?

Elmi sübutlar göstərir ki, alma sirkəsi qan şəkəri səviyyəsi üçün faydalı ola bilər. -a istinadən xəbər verir ki, tədqiqatçılar 15 sağlam insanı altı sınaq yeməyinə məruz qoyublar. Təsadüfi olaraq təyin olunmuş yeməklər zeytu

.

İnsan neçə dəqiqəyə yuxuya getməlidir?

Yuxuya getmək üçün sərf olunan vaxt insanın sağlamlıq vəziyyəti haqqında mühüm ipucları verə bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, sağlam insanın adətən 10-20 dəqiqə ərzində yuxuya getməsi normal hesab olunur

.

Mətbəximizdəki bəzi qida əlavələri ürək xəstəliklərinə səbəb olur

Fransada aparılan və "European Heart Journal"da dərc olunan genişmiqyaslı araşdırma gündəlik istehlak etdiyimiz paketli qidalarda olan bəzi qoruyucu maddələrin ürək və damar sağlamlığı üçün ciddi risk yaratdığın

.

Dişlərin yenidən çıxmasını təmin edən dərman sınaqdan keçirildi

Yapon alimlərinin hazırladığı və itirilmiş dişlərin yenidən çıxmasını hədəfləyən eksperimental dərman insanlar üzərində test edilir. Siçanlar üzərindəki sınaqlarda uğurlu nəticələr verən bu müalicə metodu klinik mərhələlər

.

Məzuniyyətdə işdən uzaq qalmaq niyə vacibdir?

Tətil zamanı işlə bağlı bildirişlərdən uzaq qalmaq həm emosional, həm də peşəkar tükənmə riskini azaltmağa kömək edir. xəbər verir ki, bunu rusiyalı psixoloq Pavel Javnerov bildirib. Onun sözlərinə görə, istirahət zaman

.

Dırnaqlarda rəng dəyişimi nəyin əlamətidir? "Zərbə almamısınızsa, diqqətli olun"

Dırnaqlarımızda gözlənilmədən yaranan rəng dəyişiklikləri, kiçik ləkələr və ya qəribə xətlər düşündüyümüzdən daha ciddi sağlamlıq problemlərinin xəbərçisi ola bilər. Bir çoxumuz bunu "yəqin ki, bir yerə çırpmışam"

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

turlar.az

yaz geyimleri 2026 geyim necə seçməli gelinlikler gözəl geyimlər 2026 yaz kolleksiyasi ana südü artırmaq elme aid atalar sozu kosmetika xerçeng porno paxlava orqazm rəksanə