Çips və kolbasa ölümə aparır - 77 aylıq araşdırma

Çips və kolbasa ölümə aparır - 77 aylıq araşdırmaAnhoy Elm və Texnologiya Universitetinin Birinci Filial Xəstəxanasından (Çin) olan alimlər müəyyən ediblər ki, fastfud, yarımhazır ət məhsulları və təmizlənmiş karbohidratlar ürək işemik xəstəliyi olan şəxslərdə ölüm riskini artırır.
Milli.Az oxu.az-a istinadən bildirir ki, məlumata görə, tədqiqatda ürək işemik xəstəliyi olan 1303 xəstə iştirak edib. Bu, ürək əzələsi hüceyrələrinin oksigen və qida maddələri ilə xroniki olaraq kifayət qədər təmin olunmaması nəticəsində yaranan bir vəziyyətdir. İştirakçıların orta yaşı 67 və təxminən 34%-i isə qadın olub.
Alimlər iştirakçıların qidalanması haqqında məlumat toplayıb və hər biri üçün Pəhriz İltihab İndeksini (Pİİ) hesablayıblar. Bu, iltihabi xüsusiyyətlərə malik qidaların istehlak həcmini əks etdirir. Məlumdur ki, orqanizmdə yüksək iltihab səviyyəsi bütün orqan və toxumalara mənfi təsir göstərir.
Məlumatlar toplandıqdan sonra iştirakçılar üzərində orta hesabla 77 ay davam edən müşahidə dövrü başlayıb. Bu müddət ərzində 536 nəfər müxtəlif səbəblərdən vəfat edib. Alimlər aşkar ediblər ki, sıfırdan yuxarı hər hansı Pİİ dəyəri ürək işemik xəstəliyi zamanı ölüm riskini artırır.
Tədqiqatçılar qeyd ediblər ki, iltihablandırıcı qidalara fastfud, sosiska, kolbasa, qənnadı məmulatları və çips kimi yağ və şəkərlə zəngin qidalar daxildir. Meyvə, tərəvəz, qoz-fındıq və balıq isə əksinə, iltihabı azaldır.
Milli.Az

Xəbərlər     Baxılıb: 1320   Tarix: 17 oktyabr 2024
f Paylaş

Oxşar xəbərlər

.

Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar

Çində ofis işçiləri arasında "ofis qocalması" adı ilə yeni bir trend yayılıb. İşçilər ofis işıqlarının və kompüter ekranlarının yaydığı ultrabənövşəyi şüalardan qorunmaq üçün iş masalarının üzərində günəş çətirlər

.

İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir

Ürək-damar xəstəliklərindən qorunmaq üçün gündəlik vərdişlərə diqqət etmək vacibdir. Mütəxəssislər siqaretdən uzaq durmaq, sağlam qidalanmaq və mütəmadi fiziki aktivliyin ürək sağlamlığında mühüm rol oynadığını bildirirlər

.

"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış

"Tibbdə geniş yayılmış "iki nəfər üçün yemək" yanaşması artıq elmi əsasını itirib". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zaman

.

Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər

Gecə yuxusu zamanı işığa məruz qalmaq ürəyin quruluşuna və fəaliyyətinə mənfi təsir göstərə bilər. xəbər verir ki, "European Heart Journal" jurnalında dərc olunan yeni araşdırmada gecə işığı ilə ürək-damar sağlamlığ

.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasın

.

Suşi sevənlərə pis xəbər: Şok edən nəticələr

Braziliyalı alimlər 53 ton balığı üzərində araşdırma aparıb və balıqlarda təxminən 1600 parazit qurdu aşkarlayıblar. -a istinadən bildirir ki, araşdırma zamanı parazitlərin bir qisminin məhz balığın əzələ toxumasında yerləşdiy

.

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək

Onkoloq Anastasiya Kosyakova pəncərə açıq vəziyyətdə maşın sürməyin ciddi sağlamlıq riski yaratdığını izah edib. -a istinadən xəbər verir ki, o, sürücülərin mütəmadi olaraq işlənmiş qazlara məruz qaldığını və bunun bir ço

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

turlar.az

makiyaj instagram hamilelikde qidalanma toy makiyaji sekilleri agardici maskalar resepti merlin monro qadın doğuşu debli cantalar 2026 kosmetika sac duzumleri terezi vetene aid atalar sozleri usaq geyimleri veten haqqinda bayati