Çiya toxumu nədir və faydaları nələrdir?

Çiya toxumu nədir və faydaları nələrdir?Çiya toxumu həm rahat istifadəsi, həm də zəngin tərkibi ilə ön plana çıxan bitki mənşəli bir super qidadır. Su, qatıq, süd, salat və ya smuzilərə əlavə edilərək rahatlıqla istehlak edilə bilər. Maye ilə təmasda olub gel qvamı aldıqda toxluq hissi yaratmaq təsiri artır və həzm sistemi üçün daha faydalı hala gəlir.
Milli.Az xəbər verir ki, tərkibində yüksək miqdarda omeqa-3, lif, zülal, antioksidant və minerallar var. Bu da onu xüsusilə bitki mənşəli qidalanmaya üstünlük verənlər üçün çox dəyərli bir seçim edir.
Çiya toxumu, Mərkəzi və Cənubi Amerika mənşəli bir bitki olan Salvia hispanica-nın kiçik, oval və qara-boz rəngli toxumlarıdır. Əsrlər boyu asteklər və mayalılar tərəfindən enerji mənbəyi kimi istifadə edilmişdir. Su ilə təmas etdikdə şişərək gel qvamı alır. Bu xüsusiyyəti sayəsində həm maye sorucu, həm də tox tutan bir qidaya çevrilir. Günümüzdə sağlam qidalanan şəxslər arasında tez-tez seçilən təbii bir enerji və lif mənbəyidir.
Çiya toxumları ümumi sağlamlığı dəstəkləyən bir çox faydalı maddələrlə zəngindir:
Bitki mənşəli omeqa-3 yağ turşuları ilə zəngindir. Bu isə pis xolesterolu azaldaraq ürək və damar sağlığını qoruyur.
Yüksək lif tərkibi sayəsində bağırsaq fəaliyyətini tənzimləyir, qəbizlik riskini azaldır və uzun müddət toxluq yaradır.
Lif və sağlam yağ nisbəti sayəsində qan şəkərini nizamlayır və qəfil şəkər yüksəlmələrinin qarşısını ala bilir.
Tərkibindəki kalsium, fosfor və maqnezium ilə sümükləri dəstəkləyir, sümük əriməsi (osteoporoz) riskini azaldır.
Hüceyrələrə zərər verən sərbəst radikalları zərərsizləşdirərək qocalmanı yavaşladır və xəstəlik risklərini azaldır.
Çiya toxumu necə istifadə olunur?
Çiya toxumu çiy və ya isladılmış şəkildə yeyilə bilər. Su, süd və ya bitki mənşəli içkilərlə qarışdırılıb 10-15 dəqiqə gözlədildikdə gel qvamına gəlir. Bu geli salatlara, qatığa, smuzilərə və ya şirniyyatlara əlavə etmək olar. Həmçinin un məmulatlarında yumurtanın əvəzinə bağlayıcı maddə kimi də istifadə edilə bilər. Gündəlik istifadədə toxumu şişirdərək (isladaraq) yemək həzmi daha da asanlaşdırır.
Çiya toxumunun zərərləri nələrdir?
Çiya toxumu ümumiyyətlə təhlükəsiz qida sayılır, lakin həddindən artıq istifadəsi bəzi problemlərə yol aça bilər. Yüksək lif tərkibi səbəbindən həddən çox yeyildikdə qaz, şişkinlik və qarın ağrısı verə bilər. Su ilə təmas etmədən, quru şəkildə çox miqdarda qəbul edildikdə bağırsaqlarda tıxanma riski yarada bilər. Həmçinin bəzi insanlarda allergik reaksiyalar verə bilər. Qandurulducu dərman qəbul edənlər və ya təzyiq xəstələri çiya istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməlidir.
Çiya toxunun 28 qramlıq (təxminən 2 xörək qaşığı) porsiyasında təxminən 137 kalori, 4 qram zülal, 11 qram lif, 9 qram yağ (bunun təxminən 5 qramı omeqa-3-dür) var. O, həmçinin gündəlik kalsium ehtiyacının 18%-ni, manqan ehtiyacının 30%-ni və fosfor ehtiyacının 27%-ni qarşılayır. Tərkibində xolesterol yoxdur və qlütensizdir.
Lalə Qüdrətova
Milli.Az

Xəbərlər     Baxılıb: 1001   Tarix: 21 may 2026
f Paylaş

Oxşar xəbərlər

.

Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız

Bel və boyun ağrıları müasir dövrdə ən çox rast gəlinən sağlamlıq problemlərindən biridir. Mütəxəssislər isə bu ağrıların qarşısını almağın ən sadə yolunun gündəlik hərəkətlilikdən keçdiyini bildirirlər. axşam.az-a istinadə

.

İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir

Ürək-damar xəstəliklərindən qorunmaq üçün gündəlik vərdişlərə diqqət etmək vacibdir. Mütəxəssislər siqaretdən uzaq durmaq, sağlam qidalanmaq və mütəmadi fiziki aktivliyin ürək sağlamlığında mühüm rol oynadığını bildirirlər

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq

Hündürdaban ayaqqabıların uzun müddət istifadəsi yalnız ayaqlara deyil, bədənin ümumi tarazlığına da təsir göstərə bilər. xəbər verir ki, ümumi cərrahiyyə mütəxəssisi dosent Atıf Tekinin sözlərinə görə, hündürdaban ayaqqab

.

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən v

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?

Təyyarə səfərləri zamanı qəbul edilən bəzi içkilər orqanizmdə narahatlıq yarada, susuzluğu artıra və uçuşun daha yorucu keçməsinə səbəb ola bilər. xəbər verir ki, xüsusilə alkoqollu içkilərdən ehtiyatlı olmaq tövsiyə edilir

.

Səhər yeməyində buna diqqət edin

Səhər yeməyində yoqurta alternativ axtaranlar üçün kəsmik (cottage cheese) yaxşı seçim ola bilər. Mütəxəssislərin fikrincə, zülalla zəngin bu süd məhsulu uzun müddət toxluq hissi yarada və gün ərzində qəfil aclığın qarşısın

.

Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. Bu barədə -ın sorğusuna cava

turlar.az

geyim şəkilləri kosmetika mehsullari geyim necə seçməli 2026 geyim kolleksiyasi hamiləlik təqvimi qış xəstəlikləri arxadan olmaq kosmetika şəkərbura nizami gəncəvi pehriz qizliq perdesi məsəllər