COVID-19-dan sonra insanlarda böyrək funksiyaları daha sürətlə zəifləyir?

COVID-19-dan sonra insanlarda böyrək funksiyaları daha sürətlə zəifləyir?İsveçin Karolinska İnstitutunun alimləri müəyyən ediblər ki, böyrək funksiyaları koronavirus infeksiyasından sonra adi pnevmoniya və ya digər kəskin respirator xəstəliklərdən (KRX) sonrakına nisbətən təxminən 47 % daha sürətlə zəifləyir.
Milli.Az xəbər verir ki, tədqiqatın nəticələri "JAMA Network Open" jurnalında dərc edilib.
Alimlər bu nəticələrə böyrək xəstəliklərinin inkişaf mexanizmlərini və onlarla əlaqəli risk faktorlarını öyrənmək məqsədilə yaradılmış SCREAM layihəsinin məlumatlarının təhlili zamanı gəliblər. Tədqiqat paytaxt Stokholmun 1,3 milyondan çox sakininin məlumatlarını əhatə edir.
Layihə iştirakçılarının sağlamlıq vəziyyəti, o cümlədən keçirilmiş infeksiyalar haqqında məlumatlar əsasında alimlər COVID-19-un böyrək funksiyasına təsirini təhlil ediblər. Araşdırma göstərib ki, koronavirus infeksiyası böyrəklərin işinin ən vacib göstəricilərindən biri olan yumaqcıq filtrasiyası (YF) nisbətinin düşməsini əhəmiyyətli dərəcədə sürətləndirir. Bu azalma sağalmadan sonra ən azı iki il davam edir.
Xüsusilə vacib olan odur ki, COVID-19 böyrəklərə digər ağciyər infeksiyalarından, məsələn, pnevmoniyadan daha güclü təsir göstərir. COVID-19 keçirənlərdə yumaqcıq filtrasiyası sürəti digər KRX keçirənlərə nisbətən 47 % daha sürətlə azalıb.
Bundan başqa, keçirilmiş COVID-19 böyrəklərin filtrasiya qabiliyyətinin kəskin azalması riskini 20 % artırır ki, bu da YF-nin 25 % və daha çox düşməsində özünü göstərir. Bu risk xəstəliyin ağır formaları ilə xəstəxanaya yerləşdirilmiş pasiyentlər arasında xüsusilə yüksəkdir (42 %-ə çatır).
Elm adamları mümkün pozuntuların vaxtında aşkarlanması üçün COVID-19 keçirmiş bütün xəstələrdə böyrəklərin müntəzəm müayinəsinin vacibliyini vurğulayıblar./"Report"
Milli.Az

Xəbərlər     Baxılıb: 983   Tarix: 28 dekabr 2024
f Paylaş

Oxşar xəbərlər

.

Zehni rahatlıq üçün bu qaydalara əməl edin

Sosial şəbəkələrin yaratdığı təzyiq, gərgin iş qrafiki və gündəlik həyatın artan məsuliyyətləri bir çox insanın özünü zehni cəhətdən tükənmiş hiss etməsinə səbəb olur. Mütəxəssislər hesab edirlər ki, daimi onlayn olmaq v

.

Pomidor yeyərkən iki dəfə düşünün

Mütəxəssislər xəbərdarlıq edirlər ki, zəngin qida dəyərinə malik olan pomidor tərkibindəki yüksək turşuluq və histamin səbəbindən bəzi xroniki xəstəlikləri olan şəxslərdə ciddi sağlamlıq problemləri yarada bilər. xəbər veri

.

Günə enerji dolu başlayın: Uzmanlara görə səhər edilməli olan 5 hərəkət

Mütəxəssislər bildirir ki, günə hərəkətlə başlamaq həm zehni ayıqlığı artırır, həm də bədəni fiziki olaraq günə hazırlayır. xəbər verir ki, fitness və sağlamlıq üzrə mütəxəssislərin tövsiyə etdiyi 5 vacib səhər hərəkəti bunlardır:

.

Professor D vitamini çatışmazlığının risklərini açıqlayıb

D vitamini çatışmazlığı bir çox ciddi sağlamlıq probleminin yaranmasına səbəb ola bilər. xəbər verir ki, Akdeniz Universiteti Tibb Fakültəsinin Dəri və Zöhrəvi Xəstəliklər kafedrasının müəllimi professor Ayşe Akman bildiri

.

Əncir haqqında maraqlı faktlar, tərkibində həşərat cəsədi var imiş

Yaz aylarının sevilən meyvəsi olan əncir haqqında sosial mediada yayılan məlumatlar yenidən müzakirə mövzusuna çevrilib. Bir çox insanın sadə bir meyvə kimi yediyi əncirin əslində necə formalaşdığını bilirdinizmi?. xəbə

.

Akromeqaliya: Böyümə hormonu artıqlığının əlamətləri, diaqnozu və müalicəsi

Akromeqaliya bədəninizin həddindən artıq böyümə hormonu (GH) istehsal etməsi nəticəsində yaranan bir endokrin xəstəliyidir. Böyümə hormonu artıqlığı qaraciyərdən ifraz olunan "insulin bənzəri böyümə faktoru 1" (IGF-1

.

Neçə dəqiqəyə günəş yanığı yaranır?

Araşdırmalara əsasən, dəri günəşin təsirindən cəmi 15 dəqiqə sonra zədələnməyə başlaya bilər. . -a istinadən bildirir ki, mütəxəssislərin sözlərinə görə, açıq rəngli dəriyə sahib insanlar tünd dərili şəxslərlə müqayisəd

.

3 tərəvəzi yedikdən sonra şəkərli saqqız çeynəyin: Təzyiqi düşürməyin yeni yolu

Kings College London və Reading Universitetinin tədqiqatçıları ilk dəfə olaraq maraqlı bir faktı aşkara çıxarıblar: ispanaq, çuğundur və kələm kimi nitratla zəngin tərəvəzlər yedikdən sonra şəkərli saqqız çeynəmək qan təzyiqin

.

Alimlərdən yeni kəşf: Ağ saçlar xərçəngdən qoruyur

Yaponiyanın Tokio Universitetinin alimləri saçların ağarması ilə bağlı maraqlı araşdırma aparıblar. xəbər verir ki, tədqiqatın nəticələrinə görə, saçın ağarması təkcə yaşlanmanın əlaməti deyil, həm də orqanizmin təhlükəl

turlar.az

kosmetoloq donlar 2026 toy makiyaji sekilleri kesəriyyə qara gavali salati ayaq şişməsi erotik fantaziya kosmetika veten haqqinda atalar sozleri bayatı rus dilini öyrənək 2 ci dərs novruz hakistasi 8 mart