Covid-19 və ibuprofen: koronavirusa qarşı dərmanlarla bağlı mif və həqiqətlər

Covid-19 və ibuprofen: koronavirusa qarşı dərmanlarla bağlı mif və həqiqətlərSon zamanlar internetdə yayılan məlumatlarda iddia olunur ki, koronavirus simptomları vaxtı ibuprofen, nurofen və iltihab əleyhinə olan digər dərmanları qəbul etmək olmaz.
Həkimlərin tövsiyələriylə yanaşı bir çox saxta məlumatlar da ortaya çıxıb. Bəs görəsən nə baş verir və hansı xəbərlərə etibar etmək olar?
BBC-yə danışan həkimlər, koronavirusla bağlı şübhələr yaranarsa, ibuprofenin tövsiyə olunmadığını təsdiqləyiblər. Hərçənd ki, bu dərman başqa səbəblərə görə təyin olunubsa, həkimlə məsləhətləşmədən onun qəbulunu dayandırmayın.
İbuprofen barədə mübahisənin mahiyyəti nədən ibarətdir?
İbuprofen, qeyri-steroid iltihab əleyhinə dərmanlar qrupuna aiddir.
O, temperaturu azaltmağa, qrip və digər virus infeksiyalarının simptomlarını aradan qaldırmağa kömək edir. Lakin ibuprofenin qəbulu yan fəsadlara da səbəb ola bilər, xüsusən də astma, ürək problemləri və zəif qan dövranı olan insanlarda.
Covid-19 simptomları ilə bağlı ibuprofenin xüsusiyyətlərinə dair tədqiqatlar aparılmayıb. Lakin onun digər tənəffüs xəstəliklərinə təsiri araşdırılarkən məlum olub ki, bəzi hallarda dərmanın qəbulu xəstənin vəziyyətini ağırlaşdıra bilər.
Mütəxəssislərin gəldiyi əsas nəticə budur ki, ibuprofenin iltihab əleyhinə komponenti virusla mübarizədə immunitet sisteminin effektivliyini azalda bilər.
İngiltərə Milli Səhiyyə Sisteminin (NHS) saytında yerləşdirilmiş son məlumatda deyilir ki, koronavirusa qarşı ibuprofenin zərərli olduğu tam təsdiqlənməsə də, onun istifadəsindən çəkinmək məsləhətdir. Buna qədər NHS, iltihab əleyhinə preparatlarla bağlı səsləndirilən narahatlıqları bölüşmürdü.
"Qızdırmanız varsa, parasetamol qəbul edin. Əgər başqa səbəbə görə iltihab əleyhinə dərman qəbul edirsinizsə və ya nə edəcəyinizi bimirsinizsə, həkimə müraciət edin", - nevroloqiya üzrə mütəxəssis, Fransanın Səhiyyə Naziri Olivier Veran bildirib.
Britaniydakı Liverpool Tropik Tibb Məktəbinin professoru və elmi məsləhətçisi Tom Wingfield, yan fəsadları daha az olan parasetamolu tövsiyə edir.
"Ibuprofen kimi qeyri-steroid dərmanlar, xüsusilə də uzun müddət qəbul ediləndə böyrəklərə yükü artırır. O, mədənin qıcıqlanmasına da səbəb ola bilər. Bu, mədə və böyrək xəstəliklərinə meylli pasiyentlər üçün təhlükəlidir", - Tom Wingfield deyib.
Covid-19 və ibuprofen: koronavirusa qarşı dərmanlarla bağlı mif və həqiqətlər
"Hazırda qızdırma və boğaz ağrısı kimi simptomları aradan qaldırmaq üçün ən yaxşı vasitə parasetamoldur", - epidemiologiya üzrə mütəxəssis, Londondakı Gigiyena və Tropik Tibb Məktəbinin professoru Charlotte Warren-Gash deyir.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) öz tövsiyəsində bildirir ki, Covid-19 simptomları olan insanlar ibuprofeni istifadə etməkdən çəkinməlidirlər.
Həkimlər həmçinin internetdəki məlumatlara tənqidi yanaşmağı və informasiyanı mötəbər mənbələrdən almağı tövsiyə edirlər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1840   Tarix: 12 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

turlar.az

geyim şəkilləri geymler 2026 maskalar çimərlik dəbi sirin qiz statuslari balqabaq plov ataya aid atalar sozleri kosmetika faydalı bilgilər sirniyatlar vətənə aid atalar sözləri sperma zehmet ve zinet