Çox oturmaq hemoroid yaradırmı? - Professordan ilginc AÇIQLAMA
Cəmiyyətdə geniş yayılmış hemoroid xəstəliyinin müalicəsinin gecikməsi xəstələrin həyat keyfiyyətini əhəmiyyətli dərəcədə azaldır. Yalnış qidalanma hemoroid xəstəliyinin ortaya çıxması və irəliləməsinin ən vacib səbəblərindən biridir.
Milli.Az medicina.az-a istinadən bildirir ki, türkiyəli professor Bülent Menteşin sözlərinə görə, hemoroid xəstəliyi insanların böyük əksəriyyətində rast gəlinən xəstəlikdir. Bu xəstəliyin müalicəsində xəstənin prosesdə iştirakı böyük əhəmiyyət daşıyır. Əvvəla, bəzi səhv pəhriz və tualet vərdişlərini düzəltməliyik.
Bu xəstəlikdən əziyyət çəkənlər,zeytun yağı, tərəvəz və balıq əsasında pəhriz saxlamalıdır. Xəstələr mütləq gündə bir dəfə evdə, eyni zamanda səhər tualetə getməlidirlər. Tualetdən sonra duşa girərək isti su ilə yuyunmalıdırlar. Hemoroid xəstəliyi olmayanlar da bunu etməlidirlər. Bütün bunlara baxmayaraq, xəstəlik meydana gəldikdə, mümkün qədər qeyri-cərrahi müalicə ilə həll yollarını tapmalıyıq.
Professor əlavə edib ki, bu xəstəliyin yayılma trayektoriası qadın və kişilərdə bərabərdir.Lakin son zamanlar xüsusilə gənc yaşlarda olan şəxslərdə özünü biruzə verir. Bununda səbəbi vaxtlı-vaxtında qidalanmamaq, stres altında yaşama kimi təsirlərdən irəli gəlir.
"Uzun müddət oturmaq hemoroidə səbəb olmur"
Doktor, xüsusilə xalq arasında məşhur olan uzun müddət oturmağın bu xəstəliyi yaratdığına dair fikirlərin doğru olmadığını bildirib. Bununla doğruluğu ilə bağlı təsdiqini tapan heç bir elmi araşdırma yoxdur.
Milli.Az /news.milli.az









Şampun saç tökülməsinə səbəb ola bilər?
Rusiyanın xarici agent kimi tanıdığı Maksim Qalkin Bakıya gəlir
Albalının xərçənglə mübarizədə rolu
Ofeliya qardaşı üçün qan axtarır - İzləyicilərinə səsləndi
Hasan Can Kaya nişanlandı
Ayaq və əllərdə göbələk varsa, belə edin
Bu içki kişiləri prostat xərçəngindən qoruyur
Çinlilər oyanandan sonra bunu edirlər
Qadınların bədənindən əllərinizi çəkin' - Hadisədən tənqidlərə cavab
İpək Tuzcuoğlu 'Kıskanmak'la vidalaşır
Pulsuz bilet üçün məni narahat etməyin' - Hüseyn
Onu öz klipimdə görməyi arzulayırdım' - Muradın arzusu çin oldu
Qəhvə buna da xeyir imiş
Bizdə istedadlı, tərbiyəli insanları yox, məşhurları sevirlər