"Çox qəddar anayam" - Kəmalə Müzəffər
"Oynadığım rollar o qədər gözəl alındı ki, aktrisa olmaq qərarına gəldim. Heç kimin yanında olmadığım, ağlamadığım kimi səhnədə oluram".
Axşam.az-ın məlumatına görə, bu sözləri əməkdar artist Kəmalə Müzəffər "ATV kulis" verilişində deyib.
Xoşbəxt qadın olduğunu deyən aktrisa həyatından, işlərindən danışıb:
"Xoşbəxtəm. Bunun üçün insan olmaq lazımdır. Heç vaxt mənə olan ədalətsizliyə cavab vermədim. Haqsızlıq görəndə belə haqqımı tələb edib geri çəkilmədim. Zaman mənim yerimə hər kəsə cavab verir. Zamanımız azdır. 35 yaşında olsaydım, bəlkə daha rahat olardım.
Pəhrizlər saxlayıram, idman edirəm. Çalışıram çəkim çox artmasın. Zamanım azdır, ürəyimdə olan qadın obrazlarını çatdırmaq istəyirəm. Çox ədalətli bir qadını oynamaq istəyirəm. Elə ona görə də "Ögey ana" serialında Sevinc obrazını canlandırım. Ögey analar mənim kimi olsun.
Şəxsi həyatımda çox qəddar anayam. Övladlarımla dostam, qızımla rəfiqəyəm. Hərdən özümə deyirəm ki, dayan, ana-bala sərhəddin keçməyək. Ömür o qədər qısadır ki, belə olmaq lazımdır. Ən yaxşısı hamını sevmək və bağışlamaqdır".
f Paylaş








Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin