Çox tərləyən qadınların nəzərinə - Ginekoloqdan xəbərdarlıq
Qadın sağlamlığı ilə bağlı kritik əlamətlər açıqlanıb.
Milli.Az xəbər verir ki, rusiyalı ginekoloq Olqa Kaplina qadın sağlamlığında yaranmış problemləri xəbər verən bir sıra əlamətləri açıqlayıb. Həkim bu məlumatları paylaşaraq qadınların diqqətli olmasını tövsiyə edib.
Kaplinanın sözlərinə görə yorğunluq və davamlı şişkinlik, dərinin solğunlaşması və elastikliyinin azalması qadın sağlamlığı üçün ciddi xəbərdarlıq siqnallarıdır. Həkim həmçinin qeyd edib ki, saçın keyfiyyətinin pisləşməsi, qaranlıqda görmənin zəifləməsi, bədən qoxusunun artması, yuxu pozuntuları və tərləmənin çoxalması da diqqətə alınmalıdır.
Qadınlar cinsi orqanlarda qaşınma və qıcıqlanma hiss etdikdə, hətta test nəticələri təmiz olsa belə, ətraflı müayinə olunmalıdır. Ekspertlər bildirirlər ki, bu əlamətlər hormon balansının pozulması, böyrək və qaraciyər funksiyalarının zəifləməsi və ya endokrin sistemində problemlərin əlaməti ola bilər.
Həkim qadınları müntəzəm tibbi müayinələrdən keçməyə, balanslı qidalanmağa və kifayət qədər su içməyə dəvət edib. Mütəxəssislər vurğulayırlar ki, erkən diaqnoz sağlamlıq problemlərinin ağırlaşmasının qarşısını ala bilər və müalicənin effektivliyini artırır.
Gülnar
Milli.Az









Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu
Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı
Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb
Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq
"Ceylan"la "Haydar Ali"dən eşq etirafı - FOTO