D vitamini çatışmazlığına diqqət yetirin! Ağız xərçənginə səbəb olur
D vitamini çatışmazlığı təkcə sümük sağlamlığına deyil, həm də diş çürüməsi, diş əti xəstəlikləri və hətta ağız xərçəngi kimi ciddi problemlərə yol aça bilər.
Milli.Az e-saglam.az-a istinadən xəbər verir ki, Prof. Dr. Birkan Taha Özkan bu vitaminin ağız sağlamlığı üçün həyati əhəmiyyət daşıdığını vurğulayır.
D vitamini çatışmazlığı kimlərdə daha çox olur?
Günəş işığından az yararlananlar, qapalı mühitlərdə çalışanlar, tünd dərili şəxslər, 50 yaşdan yuxarı insanlar, veganlar və D vitamini mənbələrini az istehlak edənlər bu risk qrupuna daxildir.
Ağız xərçəngi və immun sistemə təsir
D vitamini çatışmazlığı olan uşaqlarda dişlər daha kövrək olur, çənə sümüyü zəif inkişaf edir. Yetkinlərdə isə diş əti xəstəlikləri və erkən diş itkisi riski artır. Həmçinin, immun sistemi zəiflədiyindən xərçəng hüceyrələrinin yayılmasına nəzarət çətinləşir.
D vitamini səviyyəsini necə qorumaq olar?
Günəş işığından faydalanmaq, balıq, süd məhsulları və yumurta kimi qidalara üstünlük vermək, mütəmadi diş müayinəsindən keçmək vacibdir. Lazım gələrsə, D vitamini əlavəsi qəbul edilməlidir. Bu vitamin ağız sağlamlığınızı qoruyan görünməz qalxan rolunu oynayır.
Milli.Az









Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Məşhur alman blogerlər Daşkənddə saxlanıldı
Santa Barbara'nın ulduzunun müalicəsi üçün pul toplanır
Səs-küylü mühitdə dəyərsiz olmaqdanansa, şərəfli yalnızlıq gözəldir
Həyat yoldaşı ilə dalaşan aktyor özünü körpüdən atdı
Telefonlarda ekran qoruyucuları gözlərə zərər verə bilər
Diabet riski yüksək olan qan qrupu açıqlandı
İsti havalarda su əvəzinə süd için
Məşhur fenomen süni dolğu infeksiyası səbəbindən əməliyyat olundu
47 yaşlı aktrora xərçəng diaqnozu qoyuldu
Aparıcıdan diqqət çəkən paylaşım: "Sizi çox gözəl tanıyıram
İnsan neçə dəqiqəyə yuxuya getməlidir?