Dadlı və faydalı quru meyvələri necə seçək?

Dadlı və faydalı quru meyvələri necə seçək?Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir.
Milli.Az xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanma ilə bağlı tövsiyələr, ölkədə qida təhlükəsizliyinin təmin olunması ilə bağlı zəruri məlumatlar oxucuların diqqətinə çatdırılır. Budəfəki maarifləndirici mövzu isə sağlamlıq üçün təzə meyvələr qədər faydalı sayılan quru meyvələr haqqındadır.
Təbii, lətli, təzə meyvələr kimi quru meyvələr də süfrəmizin və ağız dadımızın əvəzolunmaz ləzzətlərindəndir. Qurudulmuş meyvələr ilboyu əhalini faydalı vitamin və minerallarla təmin edən qidalardandır. Bu meyvələr özündə B qrupu vitaminləri, dəmir, natrium, kalium, maqnezium, pektin, yod kimi vitamin və elementləri ehtiva edir. Quru meyvələrin tərkibində sellüloz maddəsi vardır ki, bu da həzmi və maddələr mübadiləsini yaxşılaşdırır. Bütün bunlar ürək, beyin, sinir sistemi və əzələlərin fəaliyyətinə müsbət təsir edir, qan təzyiqini normallaşdırır. Quru meyvələrin tərkibindəki vitamin və minerallar təzə meyvədə olduğundan daha artıqdır. İstehsal texnologiyasının tələblərinə düzgün riayət edildiyi halda, quru meyvələr sağlamlıq üçün təzə meyvələr qədər faydalıdır. Meyvələri qurutma üsulu onların tərkibindəki suyun miqdarının azaldılmasına gətirib çıxarır. Meyvələr qurudulduqda onların tərkibində nəmlik 18-25 %-ə qədər azalır. Məhsulun tərkibində su az olduqda mikroorqanizmlər zəif inkişaf edir və ya inkişafdan qalır ki, bu da quru meyvələrin uzun müddət saxlanmasına şərait yaradır. Meyvə qurudulduqdan sonra tərkibindəki şəkər qatılaşır, lakin bu şəkər insan sağlamlığı üçün təhlükəli deyil.
Meyvələr təbii və süni yolla qurudulur. Təbii üsula günəş və kölgədə qurutma, süni üsula isə temperatur və kimyəvi emal yolu ilə qurutma aiddir. Qeyd olunan üsulların hər birinin öz üstünlüyü və çatışmayan cəhətləri vardır. Günəş şüaları altında meyvələr tez quruyur. Bu qurutma üsulu ekoloji cəhətdən təhlükəsizdir və meyvənin bütün faydalı xüsusiyyətlərinin qorunub saxlanmasına imkan verir. Lakin bu üsulla qurudulmuş meyvələr bir qədər sərt olur. Kölgədə qurudulmuş meyvələr ekoloji cəhətdən təhlükəsiz, vitamin və mikroelementlərlə çox zəngin, həm də şirəli olur. Lakin meyvələrin kölgədə qurudulması uzun zaman tələb edir. Kimyəvi üsullarla emal edilmiş meyvələr isə uzun müddət saxlanılır, zərərvericilər tərəfindən az zədələnir, cəlbedici əmtəə görünüşünə və parlaq rəngə malik olur. Lakin bu yolla qurudulma düzgün tətbiq edilmədikdə meyvələrdə toksiki kimyəvi maddələr və konservantlar, eləcə də boya maddələri ilə çirklənmələr baş verə bilir.
Quru meyvələr ilin soyuq fəsillərində daha çox istifadə edilən qida məhsullarındandır. Quru meyvə alarkən əvvəlcə onun xarici görünüşünə diqqət yetirmək lazımdır. Bu meyvələr bütöv olmalı, üzərində çat və ləkələr olmamalı, zərərli orqanizmlərin təsirinə məruz qalmamalıdır. Keyfiyyətli quru meyvə bərk deyil, elastik olmalıdır. Quru meyvənin üzərinin çox büzüşmüş olması onun düzgün qurudulmadığına işarədir və bu hal məhsulun keyfiyyətini aşağı salır. Üzərində kif əlamətləri olan quru meyvələrin istifadəsi sağlamlıq üçün təhlükəlidir. Bu meyvələr (qara gavalı, ərik, əncir) bir qədər yağlı görünürsə, bu, məhsula bitki yağı və ya qliserin əlavə edildiyinin göstəricisidir. Bir sıra hallarda istehsalçılar məhsulun saxlanılma müddətini süni şəkildə artırmaq üçün onu qlükoza, yaxud şəkər məhluluna salırlar. Keyfiyyətli quru meyvələrin üzəri parıltısız və təbii olmalıdır. Quru meyvə alarkən onun keyfiyyətinin müəyyənləşdirilməsinin digər yolu meyvələri qoxusuna və dadına görə yoxlamaqdır. Düzgün texnologiya ilə hazırlanmış quru meyvələr yüngül və təbii, meyvəyə xas olan spesifik qoxuya malik olmalıdır. Əgər açıq-aşkar şəkildə benzin, qaz iyi, yaxud məhsula uyğun gəlməyən qoxu hiss edilərsə, bu, məhsulun keyfiyyətsiz və sağlamlıq üçün təhlükəli olduğunun göstəricisidir. Quru meyvələri uzun müddət saxlamaq üçün saxlanma yerlərində havanın rütubət və temperatur rejimi nəzarətsiz qalmamalı, məhsulun günəş şüalarının təmas etdiyi yerdən uzaq tutulması təmin olunmalıdır. Quru meyvələr 5-20° C-də, nisbi rütubətliliyin 70 %-dən az olduğu şəraitdə, kölgədə saxlanmalıdır. Bu məhsulların saxlanma müddəti, əsasən, 6-12 ay təşkil edir. Əgər istehlakçı seçim meyarlarını düzgün bilərsə, həm dadlı, həm də keyfiyyətli məhsul əldə edə bilər. Bu məhsulların istifadəsi zamanı da ehtiyyatlı olmaq lazımdır. Hətta ideal təmiz görünən quru meyvələr belə istehlak edilməmişdən əvvəl yaxşıca yuyulmalıdır.
Milli.Az  /news.milli.az

Xəbərlər     Baxılıb: 1781   Tarix: 11 avqust 2020
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

turlar.az

geymler 2026 geyim necə seçməli aksessuarlar karolın ve gızlı dunya ızle qış salatları konservləşdirilmiş məhsullar dirnaq ucun maskalar kosmetika novruz hakısdası toyuq salati dieta cinsi elaqe ariqlamaq