Daha bir aktrisamız köməksiz vəziyyətə düşdü
"Bir həftədir boğuluram, ölürəm. Heç kim mənə baxmır. Həkim deyir ki, pul ver, müalicə edim".
Bu sözləri teleqraf.com-a açıqlamasında şəkərli diabet və xərçəng xəstəliyindən əziyyət çəkən əməkdar artist Gülnar Salmanova deyib.
Səhhətinin daha da ağırlaşdığını vurğulayan əməkdar artist həkimindən və teatrın ona qarşı biganəliyindən şikayətlənib:
"Həkimim Rüstəm Verdiyevə deyirəm ki, vəziyyətim çox pisdir, məni müalicə et. O isə məndən pul istəyir və yalnız bu halda müalicə edəcəyini deyir. Mənim də pulum yoxdur. Prezident mükafatımı aldıqdan sonra pulu verəcəyimi dedim, amma razı olmadı və məni müalicə etmədi. Dedi ki, işim başımdan aşır.
Belə bir vəziyyətdə qorxuram ki, sabaha çıxa bilməyim. Bu vəziyyətə düşməyimi isə Sabunçu Rayon Xəstəxanasının baş həkimi Fikrət Zeynalovdan gizlədirlər. Onu da deyim ki, Musiqili Teatrdan da vəziyyətimlə bağlı heç kim maraqlanmır. Mən də bununla bağlı onlara heç nə demirəm. Amma mənə elə gəlir ki, mənimlə maraqlanmalıdırlar".










8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qadın kimi yaşamadığım bütün xoşbəxtlikləri qızım yaşayacaq' - Xalq artisti
Məni Vaqif Gərayzadənin ad gününə çağırmadılar
Demans riskini azaltmaq üçün ideal yuxu müddəti
Aspirin xərçəng riskini azaldır?
Ev heyvanları ilə bağlı vacib XƏBƏRDARLIQ: Səbəb tükdür?
İnsan övladı üçün hər şeydən keçər' - İlk dəfə ailəsindən danışdı
Bu saatlarda çölə ÇIXMAYIN
Azərbaycan elminə ağır itki - FOTO
Bəzi muğam ifaçıları çox tənbəldirlər' - Ceyhundan sərt tənqid
Koreyalı aktyorun cəsədi tapıldı