Daha bir ana 3 uşağını atıb evdən qaçdı: həyat yoldaşı isə... - FOTO

Daha bir ana 3 uşağını atıb evdən qaçdı: həyat yoldaşı isə... - FOTOSumqayıtda qəribə hadisə baş verib. Belə ki, 11-ci mikrorayon ev 34, mənzil 68-də yaşayan 1982-ci il təvəllüdlü Əliyeva Bülbül həyat yoldaşını və 3 övladını qoyaraq evi tərk edib.
Xanim.az xəbər verir ki, Bu barədə Xeberle.com-a qadının həyat yoldaşı Bəhruz Əliyev məlumat verib. O bildirib ki, hadisə iyun ayının 7-də baş verib. Həyat yoldaşı Bülbül evdən həkimə getmək adı ilə çıxıb və bir daha geri qayıtmayıb: "Həmin gün mənə zəng vurdu ki, həkimə gedir və müayinədən sonra evə qayıdacaq. Sonra zəng vurdum telefonu sönülü idi. Evdə sənədlərə baxdım, gördüm ki, şəxsiyyət vəsiqəsi evdədir, amma xarici pasportunu götürüb gedib. Bizim rəsmi nikahımız var və bu evliliyimizdən 3 övladımız var. Artıq 15 ildir ailə həyatı qurmuşuq və aramızda indiyədək heç bir ciddi ailə münaqişəsi baş verməyib."

B. Əliyev həyat yoldaşı ilə həmin müddətdən sonra heç bir əlaqə yarada bilmədiklərini bildirib. O deyir ki, Bülbülün yoxa çıxması ilə bağlı hüquq-mühafizə orqanlarına da müraciət edib. Aidiyyəti qurumlardan isə ona araşdırma aparıldığı deyilib.

Onun sözlərinə görə, həyat yoldaşının evdən qaçması ilk belə hal deyil: "Ötən ildə belə bir hal baş vermişdi. Onun WhatsApp-la Türkiyənin İstanbul şəhərindən kiminləsə yazışmasını tutmuşdum. O vaxt evdən qaçaraq İstanbula getmişdi. Yerini müəyyən edərək onu evə gətirə bildik. Etdiyi hərəkətdən peşman olduğunu, bir daha belə halların təkrarlanmayacağın dedi. Amma indi yenidən yoxa çıxıb. Bilmirəm 3 uşaqla nə edim. Valideynlərinə də həyat yoldaşımın evi tərk etməsi ilə bağlı məlumat vermişəm. Deyirlər ki, mənim evimdən çıxıb gedib və ona görə Bülbülü hardan olsa, tapıb evə gətirməliyəm. İndi qalmışam çarəsiz. Xahiş edirəm aidiyyəti qurumlar mənə yardım etsinlər."

Bəhruz həyat yoldaşının yenidən Tükiyəyə qaçdığını ehtimal edir. Deyir ki, tanışları vasitəsi ilə araşdırma aparıb və müəyyən edib ki, həyat yoldaşı həmin gün Bakı vaxtilə saat 14:38-də Azərbaycanı tərk edib və hazırda Ankaradadır. O, hətta Azərbaycanın Türkiyədəki səfirliyinə də müraciət edib: Mənə oradan bildirdilər ki, həyat yoldaşımın 18 yaşı keçdiyinə görə sərbəst insandır və istədiyi yerə getmək onun hüququdur. Ona görə də indi bilmirəm nə edim."

Uzun illərdir bərbər işləyən Bəhruz ailəsinə heç vaxt korluq vermədiyini bildirib. O, ümid edir ki, aidiyyəti qurumların köməyi ilə həyat yoldaşını tapıb evə gətirə biləcək: "Məni düşünmədi, bə uşaqları necə? Ondan xahiş edirəm hara gedibsə evinə qayıtsın."

B. Əliyev həyat yoldaşının fotosunu da saytımıza təqdim edib.

Qeyd edək ki, hazırda bu kimi halların sayı artmaqdadır. Qadının evdən qaçması Azərbaycanda ilk belə hal deyil. Bu isə artıq həyəcan təbilinin çalınmağının vaxtının yetişdiyini deyir.

Xəbərlər     Baxılıb: 1734   Tarix: 24 iyul 2017
f Paylaş

Oxşar xəbərlər

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

turlar.az

geymler 2026 gelinlikler geyim və ayaqqabılar ilk tibbi yardım qas duzeltme mələk kartları çək milli yemekler kosmetika qiz adlari sac duzumleri qaynanaya aid faydalı bilgilər azerbaycan