Daha bir məşhurdan ÜZÜCÜ XƏBƏR: Xanımı ilə... - FOTOLAR
Məşhur britaniyalı futbolçu Con Terri xanımı C.Terri ilə birgə dubayda olduqları vaxt evi qarət olunub.
Xanim.az APA-ya istinadən xəbər verir ki, insident fevralın 25-də, Surrey qraflığında qeydə alınıb.
Adıçəkilən evi İngiltərə yığma komandasının sabiq kapitanı 2014-cü ildə tanınmış qolfçu Kolin Montqomeridən 5 milyon funt sterlinqə alıb.
Faktla bağlı polis araşdırma aparır.
1998-ci ildən Londonun "Çelsi" klubunun şərəfini qoruyan C.Terri cari mövsümdə İngiltərə çempionatında 5 oyun keçirib. Onun klub ilə müqaviləsi 2017-ci ilin yayında bitir.