Daha çox yaşamağa kömək edən QİDALAR

Daha çox yaşamağa kömək edən QİDALARTədqiqatlar göstərir ki, pəhrizinizə daha çox bitki əsaslı qidaların, xüsusən də omeqa-3 yağ turşuları ilə zəngin olan qidaların əlavə edilməsi ürək-damar problemlərindən əziyyət çəkən insanların ömrünü uzatmaqda əsas rol oynaya bilər.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, tədqiqatçılar müxtəlif səbəblərdən ürək çatışmazlığı olan 67 yaşlı 905 nəfərdən toplanmış məlumatlara baxıblar.
2 il 4 ay davam edən müşahidələr zamanı 140 nəfər müxtəlif səbəblərdən, onlardan 85 nəfəri ürək-damar xəstəliklərindən dünyasını dəyişib. Tədqiqatçılar bitki qidalarındakı omeqa-3 yağ turşusu olan alfa-linolenik turşunun (ALA) ən yüksək və ən aşağı səviyyələrinə malik xəstələri müqayisə edərək, bu turşunun yüksək səviyyəsinə malik olanların ürək xəstəliyi üçün xəstəxanaya yerləşdirmə riskinin daha az olduğunu müəyyən ediblər. 
Tədqiqatçılar vurğulayırlar ki, pəhrizə qoz kimi bəzi ALA ilə zəngin qidalar əlavə etmək ürək-damar sağlamlığını yaxşılaşdıra bilər.
Bu tədqiqat müşahidə xarakterli olsa da, omeqa-3 yağ turşuları ilə ürək xəstəliklərinin qarşısının alınması və ya müalicəsi arasında müsbət əlaqəni göstərən bir sıra təhlillərə qoşulur.
Alfa-linolenik turşu (ALA) və omeqa-3 yağ turşuları iltihaba təsirləri ilə ürək xəstəliklərinin qarşısını almağa kömək edə bilər. Alimlər uzun müddətdir ki, ürək xəstəlikləri ilə digər xroniki xəstəliklər və iltihablar arasındakı əlaqəni müzakirə edirlər.
Milli.Az
​

Xəbərlər     Baxılıb: 1430   Tarix: 15 may 2024
f Paylaş

Oxşar xəbərlər

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

turlar.az

maskalar qadin sayti sac duzumleri intim məktəb is qurmagin yollari qadın parfumeriya kabab reseptləri kosmetika veten seirleri sağlamlıq novruz bayramina aid hakista sevgi gülməli hakıştalar