Damla həbsxanada gözyaşı tökdü - VİDEO
Bəzən valideynlərin günahını övladları yaşayır.
Müğənni Damla 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə qadın həbsxanasına baş çəkib.
Tədbirdən video paylaşan müğənni hisslərini sosial şəbəkədə bölüşüb:
"Bir ana üçün həbsxana divarları arasında övladını dünyaya gətirib böyütmək qədər işgəncəli heç nə ola bilməz. Günlərdir özümə gələ bilmirəm.İki gün öncə qadın həbsxanasında dustaq qadınlarla 8 Mart bayramını qeyd etdik. Bu körpələrə ürəyim dözmədi. Bəlkə də o duyğuları yaşayarkən 10 il qocaldım.Təpədən dırnağa qədər canımın yanmasını hiss etdim. Bəzən valideynlərin günahını övladları yaşayır. Heç kimi qınamıram.Çünki heç birimiz sabahımızdan sığortalı deyilik. Allah qapılarını açsın.İki saat da olsa, sizi güldürüb əyləndirə bildimsə, bu mənə ən böyük hədiyyədir. Xanımlardan biri saçımı hördü.
Azadlıqda ikən saç ustası olub. Onun gözlərindəki sevinci yaratmaq mənim üçün milyonlara bərabərdir. Hər insan səhv edə bilər. Günahsız kim var? Onlar bu gün qanun qarşısında günahlarının yükünü çəkirlər. Əsas Allah insanı bağışlasın. Çünki hesabat verəcəyimiz yalnız Allahdır. Allah özü yol açsın".
(Musavat.com)
f Paylaş








Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Qaravəllilər
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Məşhur aktyor 46 yaşında vəfat etdi
İnsan hüceyrəsinin daxilinin ən detallı görüntüləri - İlk dəfə - (Foto)
Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)