Darçının tərkibində gizlənən ÖLÜM SİRLƏRİ

Darçının tərkibində gizlənən ÖLÜM SİRLƏRİAçıq şəkildə satılan və "Vyetnam" darçını kimi tanınan növün tərkibində qan duruldan və qara ciyər fermentlərini artıra biləcək kumarin maddəsi var. Mütəxəssislər xəbərdarlıq edir ki, bu maddə daxili və beyin qanaxmasına səbəb ola bilər.
Milli.Az publika-ya istinadən xəbər verir ki , fitoterapevt Ümid Aktaş bildirir ki, açıq şəkildə satılan darçınların keyfiyyətinə güvənmək olmaz. Maliyyə baxımından ucuz başa gələn olsa belə, açıq şəkildə satılan darçınlar sağlamlığa birbaşa ziyan vura bilər.
Darçının fərqləri
Darçın tibbdə istifadə edilir, zəhərli deyil. İstifadəyə yararlı iki növü var- seylan və Çin darçını. Seylanın ətri daha xoş, dadı daha gözəldir. Buna görə də qida maddələrində istifadə edilir. Çin darçınının isə təsiri daha çoxdur. Qoxusu daha fərqlidir. Darçın bahalı bitki olduğu üçün fərqli üsullarla hazırlanır. Vətəni Şri-Lanka, Vyetnam və İndoneziyadır. Darçının emal üsulları fərqlidir. O, bitkinin odun tərəfindən götürülür. Seylan darçınında isə bu odun hissəsi çıxarılır. Odun əsasən istifadə edilməməlidir. Lakin daha çox qazanc əldə etmək üçün odun hissəsini də əmtəəyə çevirənlər var.
Seylan darçını 10 manata başa gəlir, lakin 100 manata satılır. Çin darçını isə1 manata başa gəlsə də 100 manata satılır. Buna görə də həqiqi darçını digərlərindən fərqləndirmək olmur. Darçının tərkibində "ojenol" maddəsi var. Ancaq odun hissəsində yüksək miqdarda kumarin də mövcuddur. Kumarin qan duruldan, qara ciyər fermentlərini artıra biləcək maddə olduğu üçün təhlükə yaradır.
Hamilələr, diqqət!
Seylan darçınında isə bu maddə olduqca az miqdardadır. Yüksək miqdarda kumarin qəbul etmək qaraciyər çatışmazlığına yol aça bilər. Hamilə qadınlar isə ümumiyyətlə qəbul etməməlidir. Darçından ən çox şəkər xəstələri istifadə edir. Bu baxımdan onların daha çox diqqət etməsi vacibdir.
Necə etməli?
Bu təhlükələrdən uzaq qalmaq üçün nəinki darçını, heç bir ədviyyatı açıq şəkildə almamaq vacibdir. Toz şəklinə salınmış bütün ədviyyatlarda qarışıq maddələr var. İşbazlar bununla ədviyyatın miqdarını artırmağa çalışırlar. Ədviyyatın içinə kirəmit tozundan una qədər qarışdırırlar.
Darçının yüzlərlə faydası olduğu kimi zərərləri də var. Xüsusilə, tünd rəngli darçının tərkibində yüksək miqdarda kumarin olur. Buna görə də açıq rəngli darçın almaq lazımdır. Toz darçından uzaq durmaqda fayda var. Bu qədər faydalı bitkilərin ucuz satılması normal deyil. Onların hər qramı qızıl dəyərindədir.
Saxlanma qaydası:
Plastik torbalarda aldığınız darçını şüşə qabda saxlayın. Sərin və qaranlıq yerə qoyun.
Təbii darçını necə tanımalı?
Yaxşı darçını digərlərindən ayırd edə bilmək üçün onu qırın. Qırılan zaman ətrafa xoş qoxu yayılacaq. Ətri xüsusilə dəmləndikdən sonra ortaya çıxacaq.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2023   Tarix: 07 noyabr 2019
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

turlar.az

geymler 2026 geyim necə seçməli aksessuarlar karolın ve gızlı dunya ızle qış salatları konservləşdirilmiş məhsullar dirnaq ucun maskalar kosmetika novruz hakısdası toyuq salati dieta cinsi elaqe ariqlamaq