Daşım düşüb bəzi müğənnilərin başına' - Nəfəsdən iradlara cavab
Müğənni Nəfəs ilk dəfə "Şahnaz" muğamı oxumaq istədiyi üçün onu qınayanlardan danışıb.
azxeber.com xəbər verir ki, bu haqda sənətçi "Tarixin bir günü" verilişində açıqlama verib.
"Heç bir muğam ifaçısı mənim "Şahnaz" muğamını oxumağıma qarışmayıb, heç pis söz də deməyib. Hətta söz də göndəriblər ki, tənqidlərə fikir vermə, oxu. Bu bəzi müğənnilərin mənimlə dərdi nədir? Niyə qəbul edə bilmirsiz məni? "Şahnaz" muğamından bixəbər olanlar durub mənə söz atırlar. Məni qəbul etmək sizin üçün bu qədər çətindir? Nə yaman daşım düşüb hamınızın başına?"- deyə sənətçi tənqidlərə cavab verib.
Xatırladaq ki, Nəfəs Əməkdar artist Təyyar Bayramovdan muğam dərsləri almağa başlaıyb. O, tezliklə "Şahnaz" muğamı oxuyacağını deyib. Bəzi sənət adamları bunun mümkün olmayacağını iddia edib.
Manaf Ağayev isə "Əgər Nəfəs "Şahnaz"ı oxusa, mən bu sənətdən gedəcəyəm" deyə bildirib.
Aysel









Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma
Danla Bilic yenidən əməliyyat olundu - Fotolar
Məşhur aktyor vəfat etdi
Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu
Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı
Qan təzyiqini ölçərkən bu səhvləri etməyin
Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb
Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq