"Dedi ki, sən pis günlərə qalacaqsan..." – Namiqə cadu etdilər – VİDEO

"Dedi ki, sən pis günlərə qalacaqsan..." – Namiqə cadu etdilər – VİDEOARB Ulduz-un "Şou məkan" verilişinin qonağı olan tanınmış ifaçı Namiq Qaraçuxurlu maraqlı açıqlalamalar verib.

Ayağındakı problem və ağrılar Namiq Qaraçuxurluya hələ də müəyyən çətinliklər yaratdığı üçün ifaçı, özünü səhnədə belə yarımçıq hiss etdiyi dilə gətirdi:

"Könlüm tam olaraq açılmır. Bu da fiziki əziyyət çəkdiyimə görədir. Rahaqlıqla deyib gülə bilmirəm. Mən hazırda səhnədə özümü tam hiss etmirəm. Elə bilirəm ki, yarımçığam. Ayağım bu cür olduğu üçün istədiyim addımı ata bilmirəm".

Namiq onun haqda irəli-geri fikirlər söyləyənlər barədə də söz açdı:

"Ağrılarımı, əziyyət çəkdiyimi bacardığım qədər efirdə bildirmək istəmirəm. Çünki sevənlərimi çox üzdüm. Mən əməliyyatdan çıxıb bir video çəkdim və instaqramda paylaşdım. Vəziyyətimin yaxşı olduğunu həmin video ilə söylədim. Üstündən bir gün keçdi. Bəzi yazıları oxudum və mənə pis təsir etdi. Yazdılar ki, nolub ey, Allah bilir ayağı burxulub. Halbuki ayağımın vəziyyətini mən bilirdim də. Söylədilər ki, ayağı burxulub, bunu da şişirdirlər, şou yaradırlar. Belə şeyləri gördüm, pis oldum. Özümü tənzimləyə bilmədim. Əməliyyatdan sonrakı şəkilləri çəkdim və məcburən bəzi insanlara görə sosial şəbəkəyə yerləşdirdim. Düşünürəm ki, yenə yanlış etdim. Qara qüvvələrə görə sevənlərimi üzmək doğru bir addım deyildi".

Müğənni düşdüyü vəziyyətə sevinənlərin də az olmadığını bildirdi:

"Oldu, əlbəttə. Çox sevinənlər oldu. İnsanın pis vəziyyətinə sevinmək dəhşətli bir şeydir. Bu, insanlığın son həddidir. Mən sevinirəm ki, elə insanlar məni sevmirlər. Bəd-nəzər və cadu var. Heç nədən belə bir hadisə ortaya çıxdı. Hadisə də olmayıb. Ayağımı səkiyə qoydum. Sürüşdüm, oturdum ayağımın üstünə. Nə baş verdiyini anlamadım. Baxdım, elə bildim, yuxudayam. Ayağım tərsinə çevrilmişdi. Bədnəzər, cadu var. Evdən çox cadu tapmışam. Bəlkə də, indi də var. Axtarmıram. Təsadüfən çıxıb. Maşınımdan qıfıllar çıxıb. Cadunu edən insanlar həyatdan nə istədiklərini bilmirlər".

Müğənninin danışığından belə məlum olur ki, hətta açıq-aşkar şəkildə onu tanıyanlardan biri Namiqə cadu eliyib, ona əngəl törədəcəyini söyləyibmiş:

"Bir neçə insan var ki, onların hansı falçının yanına getdiyini də bilirəm. Hətta Rusiyada magiya ilə məşğul olan insanların yanına da gedirlər. Hansı ki, dişlərini qıcayıblar ki, biz onu məhv etməliyik. Şəxsən tanıyıram. Biri mənim üzümə də deyib ki, sən pis günlərə qalacaqsan. Ola bilər ki, mən sürüşdüm yıxıldım. Ancaq bu hadisə mənə xeyir gətirdi. İşlərim çoxaldı, tələbat çoxaldı. Çox şeyləri dərk etdim. Başa düşdüm ki, insan o qədər də böyük varlıq deyil. Anladım ki, bir ayın içində kasıb bir vəziyyətə düşə bilərəm. Mənim adıma nələr çıxardız. Ancaq yenə də sevənlərimin qəlbinə təsir edə bilmədiz".

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

Xəbərlər     Baxılıb: 2035   Tarix: 09 may 2018
f Paylaş

Oxşar xəbərlər

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

turlar.az

toy gecesi yay geyimləri 2026 geyim seçimi stil və moda abşeron tortu qadın parfumeriya bulkalar kosmetika toy gecesı baldiz xocali burcler haqqinda vətən haqqında atalar sözləri