Dəhşətli qətl: "Banda"dan çıxmaq istədi, yüz bıçaq vurulub,meyiti yandırıldı- FOTO

Dəhşətli qətl: "Banda"dan çıxmaq istədi, yüz bıçaq vurulub,meyiti yandırıldı- FOTOABŞ-da quldur dəstəsinin beş üzvü yeniyetməni xüsusi amansızlıqla öldürərək, meyitini yandırıb.

Xanim.az-ın Oxu24.com-a istinadən məlumatına görə, bu haqda Merilend ştatının polis idarəsi məlumat yayıb.

Qurban 16 yaşlı şagird Cekson Pineda-Çikasdır. O, salvadorlulardan ibarət "MS-13" və ya "Mara Salvatçura" adlı quldur dəstəsindən olan yoldaşları tərəfindən öldürülüb. Meyitin kimliyini sol əlində olan döymənin şəkli hesabına müəyyən ediblər.

Məlum olub ki, martın 8-də yeniyetmə dörd dəstə üzvü ilə birlikdə "MS-13"ün Virciniya bölməsinin liderinin Merilend ştatındakı evinə yollanıb. Onu məhz rəhbərin evində meydana gələn mübahisədən sonra qətlə yetiriblər. Qurbana 100 bıçaq zərbəsinin endirildiyi bildirilir.

Daha sonra meyiti Virciniyaya aparıb, yolun kənarında yandırıblar.

Qurbanın anasının dediyinə görə, oğlu cinayətkar dəstədən uzaqlaşmaq istəyib.

Bunu "silahdaş"larına açıq şəkildə dedikdən sonra, həyatına təhdidlər gəlib.

"Dostları" Ceksonu polislə əməkdaşlıqda ittiham ediblər və onun bütün ailəsini qıracaqları ilə hədələyiblər. Cekson ailə üzvlərinin əvəzinə onu öldürmələrini istəyib. Anası həm də onu bildirib ki, ailəsi ilə birlikdə Salvadordan ABŞ-a pənah gətirdikdən sonra oğlunu "MS-13" ə qoşulmağa məcbur ediblər.

Artıq quldur dəstəsinin yerli rəhbəri - 29 yaşlı Xose Ordonezu-Zomete həbs olunub, o, qətldə iştirak etməkdə ittiham olunur. Saxlanılan digər dörd şübhəli 16, 18, 20 və 25 yaşlı dəstə üzvləridir.

Xəbərlər     Baxılıb: 1970   Tarix: 18 mart 2019
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Zərərsiz görünən vərdişlər sağlamlıq üçün TƏHLÜKƏLİDİR

Gündəlik həyatda zərərsiz görünən bəzi vərdişlər ağciyər üçün ciddi risk yarada bilər. -ın məlumatına görə, siqaret tüstüsü ilə yanaşı, evdə paltar qurutmaq, kondisionerlərin təmizlənməməsi və güclü kimyəvi təmizləyicilərdə

.

Dar paltarların gizli təhlükəsi - İnfeksiya riski

Gündəlik həyatda dar paltarlar - xüsusilə cins şalvarlar və bədəni sıxan geyimlər - dəb baxımından cəlbedici görünsə də, sağlamlıq üçün müəyyən risklər yarada bilər. xəbər verir ki, mütəxəssislər bildirir ki, bu cür geyimlə

.

Bu tərəvəz əsl MÖCÜZƏDİR

Qulançar sağlam qidalanmada xüsusi yer tutan ən faydalı tərəvəzlərdən biri hesab olunur və bir çox xəstəliklərin profilaktikasında tövsiyə edilir. qafqazinfo-ya istinadən xəbər verir ki, bu tərəvəz A vitamini ilə zəngindi

.

İnsanlar niyə yuxuda danışır?

Yuxuda danışmaq (somnilokviya) çox yayılmış haldır və əksər hallarda təhlükəli sayılmır. xəbər verir ki, bu vəziyyət parasomniyalara daxildir və həm yuxunun dərin, həm də REM mərhələsində baş verə bilər. Həkimlər bildiri

.

Mədəniz narahatdırsa, bunları edin

Şişkinlik hiss etdikdə düzgün qidaları seçmək həzm sistemini rahatladır və qaz yığılmasını azaldır.  xəbər verir ki, bəzən az yesəniz də mədədə narahatlıq, sanki hədsiz yemiş kimi hiss edirsiniz. Bu vəziyyətdə qidalanmağınız

.

Saç yuyarkən bunları etməyin

Saç yuyarkən edilən bəzi gündəlik səhvlər zamanla saçların zəifləməsinə, tökülməsinə və qırılmasına səbəb ola bilər. Xüsusilə çox isti su ilə saç yumaq baş dərisinin qurumasına və saç tellərinin zədələnməsinə gətirib çıxarır

.

Bu ölkədə daha bir nəfərdə hantavirus aşkarlandı

İspaniyada "MV Hondius" kruiz gəmisindən təxliyə edilən sərnişinlərdən daha birində hantavirus aşkarlanıb. xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, Tenerifedən Madriddək

.

Gündəlik stress ölüm riskini 5 dəfə artırır - gece

Stress ürək-damar xəstəliklərindən ölüm riskini beş dəfə artırır. xəbər verir ki, bu, niderlandlı tədqiqatçıların gəldiyi nəticədir. Alimlər müəyyən ediblər ki, 65 yaş yuxarı insanlar qanda kortizol səviyyəsinin yüksəlməsin

.

Basmati düyüsündəki o "heyvani" qoxunun səbəbi bəlli oldu

Basmati düyüsünün özünəməxsus ətri bəzən gözlənilən fındıq qoxusu əvəzinə kəskin "tövlə" və ya "axır" qoxusunu xatırlada bilər. Bu vəziyyət həm düyünün təbiətindən, həm də saxlama şəraitindən qaynaqlan

turlar.az

sac duzumleri toy makiyaji sekilleri geyim seçimi aliment öhdəlikləri hamileliyin ilk elameti pul kisəsi hicab ortukleri kosmetika gülməli hakıştalar qaynana tapmacalar salam qiz burcu