Deksametazon virusun bədəndən çıxmasını ləngidir - Professordan XƏBƏRDARLIQ

Deksametazon virusun bədəndən çıxmasını ləngidir - Professordan XƏBƏRDARLIQMən deksametazonun COVİD19 zamanı istifadəsinə münasibətimi 01.07.2020 tarixli paylaşımda bildirmiş və zaman-zaman bu məsələyə yanaşmamı açıqlamışam. Düşünürəm ki, bu məsələ yenidən gündəmə gəlməlidir.
Milli.Az xəbər verir ki, bu barədə professor Musa Qəniyev açıqlama verib.
O, hazırda koronavirus xəstələrinin ilk gündəm bu ağır hormonal dərmanı istifadə etməsi ciddi fəsadlar yarada bilər.
"İlk növbədə bildirmək istəyirəm ki, qlikokortikoid fəallığına malik olduğuna görə, deksametazon virus infeksiyaları zamanı potensial farmakoloji fəallıq göstərə bilməz. Digər tərəfdən, qlikokortikoidlərin kəskin virus infeksiyası zamanı istifadəsi, virusların orqanizmdən xaric olmasını (həm infeksiyanın davam etmə, həm də sağalma dövründə) ləngidə bilir.
Deksametazon həmçinin virus infeksiyasının kəskinləşmə dövründə, hətta virusların sürəkli replikasiyasına (artıb-çoxalmasını) səbəb ola bilər. Bir cəhəti də unutmaq olmaz ki, prednizalon və ya deksametazonla müalicəyə zərurət yarandığı istənilən xəstəlik zamanı, bu preparatların təyini xüsusi sxemlə aparılmalı, sonda mütləq şəkildə "doza endirimi" prinsipinə (dozanın azaldılaraq kəsilməsi) əməl olunmalıdır. Dozanın birdən kəsilməsi, özünü kəskin klinik əlamətlərlə göstərən "kəsmə sindromu"nun meydana şıxmasına, bu halın sürəkli davamı isə, hətta ölümə səbəb ola bilər.
Virus infeksiyaları zamanı deksametazon, eləcə də digər təbii və ya sintetik qlikokortikoidlərdən istifadə etdikdə, ikincili infeksiya kimi, bakterial floranın kəskin aktivləşməsi halı müşahidə oluna bilər. Qlikokortikoidlər immunosupressiv təsirə malik olduğundan, orqanizmin bütün- mikrob, virus, parazit və s. infeksiyalarına qarşı müqavimətini də kəskin şəkildə azaldır.
Bildirmək istəyirəm ki, deksametazonla aparılan uzunmüddətli müalicə, kəsildikdən sonra, xəstələr ən azı bir il müddətinə nəzarətdə saxlanılmalıdır. Cünki, deksametazonun yüksək dozası ilə müalicə alan şəxslər, sonrakı bir il ərzində kəskin stress halı keçirsələr, onlarda böyrəküstü vəzin çatışmazlığı əmələ gələ bilər. Bunun da nəticəsinin əlavə izaha ehtiyacı yoxdur.
Birbaşa virilosid aktivliyə malik olmaması və söylədiyim əlavə təsirlərinə görə deksametazonun aşağıda gostərdiyim bəzi xüsusi hallar istisna olunmaqla, xüsusən kəskin virus infeksiyası zamanı istifadəsi mütləq əks göstərişdir.
Deksametazonun COVİD19-un ağır gedişli formalarında müalicəvi effekti mütləqdir və bu səbəbdən də ağır xəstələrin müalicə protokoluna qeyri-şərtsiz olaraq daxil edilməlidir. Sadəcə bir faktı nəzərə almaq lazımdır ki, deksametazon ikincili infeksiya kimi, bakterial floranı aktivləşdirdiyindən, bu halda COVİD19-un müalicə protokoluna geniş təsir spektirli antibiotiklərin (məs. azitromisin və s.) əlavə olunması zərurətdir. Bilmək lazımdır ki, COVİD19-un müalicə sxeminə antibiotik yalnız bu halda və ya ikincili infeksiyanın meydana çıxdığı hallarda daxıl edilməlidir. Daha indiki kimi kiminsə istək və arzusuna görə yox!...
Bir daha nəzərinizə çatdırmaq istəyirəm ki, deksametazon virusəleyhinə dərman maddəsi deyildir. Yalnız COVİD19-un ağır gedişli formalarında xəstələrin vəziyətini yaxşılaşdıra bilər. Xəstəliyin yüngül formalarında onun istifadəsi mütləq əks göstərişdir. Digər tərəfdən, Deksametazon son dərəcə ciddi əlavə effekt törədə bilən preparat olduğundan, onun təyinatı, dozalanması, müalicə sxemi, yalnız xəstəxana şəraitində və klinisist həkimin birbaşa nəzarəti altında aparılmalıdır. Ondan ev şəraitində və həkimin təyinatı olmadan, qəti şəkildə istifadə etmək olmaz!" /medicina.az
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1376   Tarix: 07 dekabr 2020
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

turlar.az

aksessuarlar adlarin menasi gozel gorunmek qadin dunyasi.az yaz yay 2026 qadin dunyasi az bayatilar vetene aid kosmetika bayatilar rus dili salam nağıllar oyunlar