Dənizdən budka tapılıb, neftçilərdən biri onun içindədir -SON MƏLUMAT

Dənizdən budka tapılıb, neftçilərdən biri onun içindədir -SON MƏLUMAT"İtən neftçilərin axtarışı zamanı dənizin dibində budka aşkar edilib"

Qadinsayti.az bildirir ki, bunu AzVision.az-a ötən gün baş verən faciə zamanı itkin düşən neftçi Əsədov Samir Atabala oğlunun qardaşı Cəfər Əsədov deyib.

"Bizə bildiriblər ki, dənizin dibində budka tapılıb. Deyilənə görə qardaşım həmin budkanın içindədir. Hazırda budkanın dənizin dibindən çıxarılması ilə bağlı işlər görülür. Dənizdə işləyən qohumlarımız bu məlumatı tədiq ediblər. Təki qardaşım sağ-salamat tapılsın. Onun üç körpə balası var. Uşaqları atalarının yolunu gözləyir"

Qardaşının sözlərinə görə, Samir Əsədov sonuncu dəfə srağagün axşam saatlarında evə zəng edib, böyük qızı Simarə ilə danışıb.

"Qızına dənizdə havanın küləkli olduğunu deyib. Simarədən xahiş edib ki, onun əvəzinə bacı-qardaşlarını öpsün. Uşaqları qohum evinə qoymuşuq. Onlar tez-tez atalarını soruşurlar. Evə gələn kimi deyirlər ki, bizi niyə aldadırsınız, atamız niyə gəlmir? Cavab verə bilmirik", - deyə itkin düşən neftçinin qardaşı söyləyib.

Məlumat üçün bildirək ki, Əsədov Samir Atabala oğlu 4 yanvar 1979-cu ildə Ələt qəsəbəsində doğulub. 3 uşaq atasıdır. Onun Həcər (10 yaş), Simarə (11) adlı iki qızı və Cavid adlı 4 yaşlı bir oğlu var.

İtkin düşən digər neftçi Cavid Bəhrəmovun bacısı Xədicə Bəhrəmova AzVision.az-a bildirib ki, o, qardaşının sağ qayıtmasını gözləyir.

"Bizə məlumat veriblər ki, axtarışlar uğurla davam etdirilir. Dənizdə neftçilərin olduğu yaşayış budkası tapılıb. Cavab gözləyirik. İnanmaq istəyirik ki, neftçilər sağ-salamat qayıdacaqlar. Qardaşım bu yaxınlarda təzə evə köçmüşdü. Hələ evin kreditini verib qurtarmayıb"

Cavid Bəhrəmov 23 sentyabr 1967-cı ildə anadan olub. 3 uşaq atasıdır.

Həyat yoldşaı – Bəhrəmova Nüşabə Habil qızı- 20.05.1969
Oğlu – Bəhrəmov Xalid Cavid oğlu – 30.12.1995
Qızı – Babayeva Müşərrəf Cavid qızı – 06.06.1990 (evlidir)
Qızı –Bədəlova Aysel Cavid qızı – 24.01.1992 (evlidir)

Qeyd edək ki, dünən Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub.

Hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb.

Xəbərlər     Baxılıb: 2426   Tarix: 16 dekabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq

Hündürdaban ayaqqabıların uzun müddət istifadəsi yalnız ayaqlara deyil, bədənin ümumi tarazlığına da təsir göstərə bilər. xəbər verir ki, ümumi cərrahiyyə mütəxəssisi dosent Atıf Tekinin sözlərinə görə, hündürdaban ayaqqab

.

Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. Bu barədə -ın sorğusuna cava

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir

"Hamiləlik hərəkətsizlik və daimi yataq rejimi demək deyil. Əgər cift gəlişi anomaliyaları, vaxtından əvvəl doğuş təhlükəsi və ya ağır preeklampsiya kimi tibbi əks-göstərişlər yoxdursa, müntəzəm fiziki aktivlik tövsiy

.

Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər

Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyə

turlar.az

hamilelikde qidalanma sade makiyaj sekilleri qadin sayti necə hamilə qalmaq olar haqista qizilgul haqqinda melumat qaraciyər kosmetika hakışdalar banan gözellik şebnem tovuzlu gunay