Depressiya və narahatlıq üçün yeni müalicə üsulu tapılıb

Depressiya və narahatlıq üçün yeni müalicə üsulu tapılıbABŞ-ın Florida Universitetinin alimləri müəyyən ediblər ki, qeyri-invaziv beyin stimulyasiyası yaşlı insanlarda depressiya və narahatlıq əlamətlərini yaxşılaşdırır.
Milli.Az report.az-a istinadən xəbər verir ki, elmi işin nəticələri "Brain Stimulation" jurnalında dərc olunub.
Tədqiqatda narahatlıq və depressiv pozğunluq əlamətləri olan 400 yaşlı insan iştirak edib. Sağlamlıq vəziyyəti və idrak qabiliyyətlərinin səviyyəsi haqqında məlumat toplandıqdan sonra onlar iki qrupa bölünüblər.
Birinci qrupdakı iştirakçılar 12 həftə ərzində xüsusi cihazlardan istifadə etməklə zəif elektrik cərəyanı ilə qeyri-invaziv beyin stimulyasiyası həyata keçiriblər.
Bu müalicə üsulu transkranial birbaşa cərəyan stimullaşdırılması (tDCS) adlanır. İkinci qrupdan olan subyektlər tDCS-nin plasebo versiyasını alıblar.
Nəticələr göstərib ki, cari stimullaşdırma kursundan sonra birinci qrupdan olan iştirakçılarda narahatlıq və depressiya simptomları plasebo qrupunda olanlara nisbətən daha az ifadə olunub.
Bu müsbət təsir koqnitiv və funksional testlərin məlumatları, eləcə də könüllülərin beyninin neyroimoqrafiyasının nəticələri ilə təsdiqlənib.
Qeyd edilib ki, psixi sağlamlıqda ən əhəmiyyətli irəliləyişlər ilkin olaraq ağır depressiya və narahatlıq keçirən xəstələr tərəfindən nümayiş etdirilib. Tədqiqatçılar əlavə edib ki, orta və şiddətli narahatlıq yaşayan iştirakçılar üçün stimullaşdırma dayandırıldıqdan sonra müalicə effektləri bir il davam edib.
Milli.Az
​

Xəbərlər     Baxılıb: 987   Tarix: 22 aprel 2024
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

turlar.az

adlarin menasi toy makiyaji sekilleri toy makiyajlari şirniyyat reseptləri dünya mətbəxi kekslər qəbizlik kosmetika maraqlı vetene aid atalar sozu novruz bayramı buga burcu nizami gencevi